qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə GVB-nin İdarə Heyəti, Birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər. Tədbir Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan GVB-nin sədri, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi M. Əliyev bildirib ki, dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib.
M. Əliyev çıxışında 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin ilk dəfə məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycan təcrübəsinin bir çox ö
...
Ardını oxumaq »