qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi 26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunan tədbir keçirib. qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, bildirib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunmasına, o cümlədən onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Qeyd edək ki, tədbirdə GVB-nin şəhər və rayon nümayəndəliklərinin rəhbərləri də mövzu ilə bağlı fikirlərini bildiriblər. Silsilə tədbirlər ölkənin bir sıra bölgələrində də davam etdiriləcək.
|