Gənc Vətənpərvərlər Birliyi II rübün yekunu ilə bağlı tədbir keçirib. qhtxeber.az-ın məlumatına görə, tədbirdə İdarə Heyətinin üzvləri, birliyin humanitar, səhiyyə, beynəlxalq, fiziki, hüquq və təşkilati məsələlər üzrə sədrin müşavirləri, regional şöbələri, fəxri üzvlər ,üzv olan təşkilatların nümayəndələri iştirak ediblər. Birliyin sədri Müqamət Əliyev tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra, gündəlikdə duran məsələləri və 2013–ci ilin birinci yarsının hesabat dövründə gördüyü işlər barədə qısa məlumat verib. Sonra çıxış edən Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədri R. Hacıyeva 2013 –cü ilin birinci yarsının hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun maliyə dəstəyi ilə icra olunan layihələrin qiymətləndirilməs
...
Ardını oxumaq »
|
|