Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
“Minsk qrupu həmsədrləri institutu 1992-ci ildə yaradılıb. 18 ildir ki, onlar gəlib-gedirlər, amma hələ də bir nəticə də yoxdur. Lakin Sürixdə protokollar imzalanda Hillari Klinton və Sergey Lavrov və digərləri oraya yığışdılar. Mən soruşuram, hörmətli həmsədr ölkələrin nazirləri, sizə tapşırılan Dağlıq Qarabağ problemlərini həll etməkdir, yoxsa Sürixdə müqavilə imzalanmasında iştirak etmək". SİA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, bir dəfə də olsun onlar Qarabağ məsələsi ilə bağlı Moskvaya, İrəvana və ya Bakıya yığışmayıblar, indi türk-erməni protokolunun imzalanmasına hamısı gəlib. “Böyük dövlətlərin davranışında ilk növbədə tərbiyə olmalıdır ki, hamı onlardan nümunə götürsün. Lakin bu gün böyük dövlətlərin davranışında ikili, üçlü standartlar mövcuddur. Bu da onların marağında olan məsələdir”,- deyə millət v ... Ardını oxumaq »
Baxışlar: 691 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (0)

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bir çox məqamlara da aydınlıq gətirib Biz əsla azərbaycanlı qardaşlarımızın əleyhinə addım atmarıq. Mən bir daha bəyan edirəm ki, Azərbaycan Milli Məclisindəki çıxışımın arxasındayam. Bunu partiyasının qrup toplantısında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Baş nazir bir çox məqamlara da aydınlıq gətirib. "Ancaq Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq istəyən hadisələrin şahidi oluruq. Mənim ölkəmin vətəndaşları da, azərbaycanlı qardaşlarımız da bu cür nifaq salmaq istəyən qüvvələrə rəvac verməsin. Əsası olmayan bu cür dedi-qodulara və iftiralara qulaq asmayın. Hər kəs bundan əmin olsun ki, biz Azərbaycan bayrağını Türk bayrağı kimi, Azərbaycan torpaqlarını Türk torpaqları kimi əziz və müqəddəs bildik, yenə də elə bilirik". anspress.com
Baxışlar: 758 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (2)

İstədim ki, Vətəninin yolunda canından keçməyə hazır olan Ramil Səfərov haqqında qısa da olsa məlumat verim
Tərcümeyi-halı Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ili ... Ardını oxumaq »
Baxışlar: 755 | Əlavə etdi: GVB | Tarix: 19.10.2009 | Şərhlər (0)

"Türkiye ile Ermenistan arasında münasibetlerin normallaşmasının Qarabağ probleminin hellinde eks olunacağını göreceksiniz" "Ermənistan ilə əlaqələrin normallaşdırılması əslində bütün Qafqazın normallaşmasıdır". Bunu TRT telekanalının "Siyasi açılım" proqramının qonağı olan Türkiyə prezidenti Abdulla Gül bildirib. O, Ermənistan ilə imzalanan protokolların Qafqazda sabitliyə xidmət edəcəyini vurğulayıb. "Ermənistan ilə Azərbaycan arasındakı əlaqələr normallaşmazsa, Qafqazda tam bir sabitlik və təhlükəsizlik təmin edilə bilməz. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının Qarabağ probleminin həllində əks olunacağını görəcəksiniz", deyə A. Gül qeyd edib. "Qarabağ problemi illərdir tərk edilmiş bir mövzu idi. Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırma müddəti, Azərbaycanın bu böyük məsələsini, dünyanın ən əhəmiyyətli, birinci ... Ardını oxumaq »
Baxışlar: 751 | Əlavə etdi: GVB | Tarix: 19.10.2009 | Şərhlər (0)

Artiq "USİ-Group design" tərəfindən hazırlanmış növbəti sayt işıq üzü gördü! Bu sayt "Gənc Vətənpərvərlər Birliyi"nin sifarişi ilə "USİ" studiasinda hazırlanmışdır.
Baxışlar: 1040 | Əlavə etdi: GVB | Tarix: 06.10.2009 | Şərhlər (2)

« 1 2 ... 78 79 80
Axtarış
Təqvim
«  May 2024  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024