Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Mərzili və Sarıcalı, Füzuli rayonunun Horadiz, Qorqan və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Baxışlar: 568 | Əlavə etdi: Natiq | Tarix: 16.02.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən ətibaren erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb. "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv ədilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb.
Baxışlar: 510 | Əlavə etdi: Natiq | Tarix: 14.02.2013 | Şərhlər (0)


Bu gün Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 283 saylı orta məktəbdə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində "Zəfər bayrağımız əbədidir” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən 283 saylı orta məktəbin direktoru Şükufə Axundova bildirib ki, uşaq, yeniyetmə və gənclərin arasında dövlət atributları, tarixi və milli qəhrəmanlarımız haqqında maarifləndirmə işləri mütəmadi olmalıdır.
Layihənin rəhbəri Muğan Əliyev tədbirdə iştirak edən yeniyetmə və gənclərə bayrağımızın yaranma tarixi və rəmzlərini izah edib.
Layihə üzrə Təşkilat Komitəsinin üzvü A.Əsədov bildirib ki, məktəblərdə dərsdən kənar fiziki hazırlıq vasitəsilə Azərbaycan Dövlət Rəmzlərini təbliğ etməyə çalışacağıq.
Tədbirdə məktəbin pedaqoji kollektivi ... Ardını oxumaq »
Baxışlar: 528 | Əlavə etdi: Aliyev | Tarix: 12.02.2013 | Şərhlər (0)


Gənc Vətənpərvərlər Birliyi Aərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Ümüm təhsil, orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Gənclər və İdman Nazirliyin İdman sağlamlıq kompleksində "Fiziki hazırlıq vastəsi ilə Dövlət rəmzlərinin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusnda elmi nəzəri praktik konfrans və təlim keçirib.
Tədbirdə çıxış edən layihənin rəhbəri Müqamət Əliyev layihənin mahiyyətindən və uğurla həyata keçirilən tədbirlərdən danışıb. O bildirdib ki, gənclərdə dövlət atributlarına məhəbbət hissi aşılamaq, onların vətənə, Azərbaycan xalqına, milli-mənəvi dəyərlərə hörmət ruhunda böyüməsinə kömək göstərmək, təbliğat xarakterli işlərin aparılmasında idman fedrasiyaların təlimatçı məşqçilərinin üzərində böyük məsuliyyət var.

Tədbirdə GİN-nin mə ... Ardını oxumaq »
Baxışlar: 587 | Əlavə etdi: Aliyev | Tarix: 12.02.2013 | Şərhlər (0)


Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində DİN-inn İdman Cəmiyyətində 2 fevral Gənclər gününə həsr olunmuş "Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqədəs olmalıdır” elmi nəzəri praktik konfrans və təlim keçirib.
Tədbiri GVB-nin Humanitar və mədəniyyət şöbəsinin müdiri layihə üzrə təşkilat komitəsinin üzvü N.Qaçayev açaraq tədbir iştirakçılarını Gənclər günü münasibəti ilə təbrik etdikdən sonra layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

GVB sədri M.Əliyev çıxışında Prezidenti İlham Əliyev tərəfindən gənclərə hər bir sahədə göstərilən diqqət və qayğıdan danışıb, Dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasət haqqında tədbir iştirakçılarını ... Ardını oxumaq »
Baxışlar: 485 | Əlavə etdi: Aliyev | Tarix: 12.02.2013 | Şərhlər (0)


Gənc Vətənpərvərlər Birliyi Aərbaycan Respublikası Gənclər və İdman Nazirliyin dəstəyi ilə "Ümüm təhsil, orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərcivəsində Təhsil Nazirliyin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbində "Dövlət rəmzlərinin təbliğində idmanın rolu” mövzusnda elmi nəzəri praktik konfrans keçirib.
Tədbirdə məktəbin direktoru Oruc Məmmədli çıxış edərək bildirib ki, idmançı gənclər arasında Azərbaycan dövlət rəmzlərinin təbliğində məktəbin təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə işlərin aparılması mütamadi olmalaraq davam etdirilməlidir.

Layihə rəhbəri Müqamət Əliyev çıxışında layihənin mahiyyətindən və keçirilən tədbirlərdən söhbət açaraq bildirib ki, gənclərdə dövlət rəmzlərinə məhəbbət hissini aşılamaq, onların vətən ... Ardını oxumaq »
Baxışlar: 670 | Əlavə etdi: Aliyev | Tarix: 12.02.2013 | Şərhlər (0)


Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyə dəstəyilə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində 20 yanvar faciəsinin 23 ildönümünə həsr olunmuş "20 yanvar şəhidləri unudulmur” mövzusunda Səbail rayon 2 saylı humanitar tehniki elmlər liseyində elmi nəzəri praktik konfrans keçirib.
İlk öncə konfrans iştirakçıları 20 yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik skutla yad ediblər. Sonra məktəbin direktoru B.Mustafayev yığıncağı açaraq Azərbaycan müstəqiliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəman sinvolu kimi qiymətləndirib.

Layihə üzrə təşkilat komitəsinin üzvü A.Əsədov layihənin bir neçə istiqamətdə aparıldığını və layihə çərçivəsi ... Ardını oxumaq »
Baxışlar: 557 | Əlavə etdi: Aliyev | Tarix: 12.02.2013 | Şərhlər (0)


Dəyərli dostlar və hörmətli sayt istifadəçiləri bildiyimiz kimi texniki məsələlər səbəbindən uzun müddət idi ki, sayta daxil ola bilmirdik və yeni xəbərlər yerləşdirə bilmirdik. Nəhayət bu problemi aradan qaldırdıq və yenidən sizlərlə birgəyik. Onu da qeyd edim ki, bizim bu sayt heç bir təşkilat və ya qurum tərəfindən maliyyələşdirilmir (bildiyimiz kimi Birliyimizin daxili imkanları yeni daha da mükəmməl sayt yaratmağa yetmir). Odur ki, hər hansı bir qüsur olarsa üzrlü hesab edin.

Hörmətlə
GVB Şöbə Müdiri -Natiq Qaçayev
Baxışlar: 495 | Əlavə etdi: Natiq | Tarix: 12.02.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Konstitusiya gününə həsr olunmuş elmi konfrans keçirib.
Tədbirdə GVB-nin İdarə heyətinin, regional şöbələrinin üzvləri, İdman fedrasiyaları və QHT nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev Azərbaycan xalqını və tədbir iştirakçılarını konstitusiya günü münasibəti ilə təbrik edib.
QHT sədri qeyd edib ki, bu gün Azərbaycan xalqı ümumbəşər dəyərlərinə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşayır və bu bizi çox sevindirir.

Tədbirdə Azərbaycan Beynəlxalq Arbitiraj məhkəməsinin sədr müavini A.Əsədov, GVB nümayəndəsi S.Səlimov, QHT nümayəndələri E.Əliyev, N.Quliyeva, idman sahəsi üzrə təlimatcı məşqçilər H.Əliyev, Ə.Əşrəfov, DİN-nin İC nümayəndəsi E.Xudaverdiyev çıxış ediblər.
Baxışlar: 887 | Əlavə etdi: GVB | Tarix: 12.11.2012 | Şərhlər (0)

GVB məktəblərdə tədbirlər keçirəcək
+ - Çap Yerləşdirilib: 06.11.12 | Baxılıb: 35

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bayraq gününə həsr olunmuş “Müasir Azərbaycan Heydər Əliyev əsəridir” mövzusunda konfrans keçirib.
Tədbirdə çıxış edən Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev Bayraq günü münasibəti Azərbaycan xalqını təbrik edib. M.Əliyev Azərbaycan bayrağının tarixi haqqında tədbir iştirakçılarına ətaflı məlumat verib.

Sədr bildirib ki, yeniyetmə və gənclər arasına Dövlət rəmzlərimizin QHT–lər tərəfindən təbliğinə ehtiyac var. M.Əliyev qeyd edib ki, 2010-cu ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr Bayraq gününü kimi qeyd olunurvə ucaldılan ən hündür bayraq Azərbaycandadır.
QHt sədri bildirb ki, bu tədbirlər silsilə xarakterli tədbirlərdir və plana uyğun olaraq Bakı, Gəncə və Şəmkir məktəblərində həyata keçiriləcək

Tədbirdə birliyin ... Ardını oxumaq »
Baxışlar: 531 | Əlavə etdi: GVB | Tarix: 06.11.2012 | Şərhlər (0)

« 1 2 ... 53 54 55 56 57 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024