Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Fevral » 12 » GVB gənclərlə görüş keçirib
17:57
GVB gənclərlə görüş keçirib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində DİN-inn İdman Cəmiyyətində 2 fevral Gənclər gününə həsr olunmuş "Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqədəs olmalıdır” elmi nəzəri praktik konfrans və təlim keçirib.
Tədbiri GVB-nin Humanitar və mədəniyyət şöbəsinin müdiri layihə üzrə təşkilat komitəsinin üzvü N.Qaçayev açaraq tədbir iştirakçılarını Gənclər günü münasibəti ilə təbrik etdikdən sonra layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

GVB sədri M.Əliyev çıxışında Prezidenti İlham Əliyev tərəfindən gənclərə hər bir sahədə göstərilən diqqət və qayğıdan danışıb, Dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasət haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Əliyev onuda qeyd edib ki, dövlətimizin həm daxildə, həm də xaricdə apardığı uğurlu siyasətinin baris bir nümunəsi 2015-ci ildə ilk dəfə keçiriləçək 1-ci Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsidir.
QHT sədrinin fikrincə, son zamanlar gənclərimiz internet şəbəkələrdən lazımsız mitinqlərə dəvət edilirlər və bu yolverilməzdir: "Bu sahədə QHT İdman fedrasiyaları, İdman Cəmiyyətləri və Gənclər Təşkilatlarının üzərinə böyük məsuliyyət düşür və bu sahədə təhsil müəssisələrində gənclər təşkilatları fəal olmalı və onlarla müvafiq qaydada marifləndirmə işləri aparmalıdırlar.”

Tədbirdə, məşqçilər, veteran idmançılar, GVB-nin İdarə Heyətinin üzvləri, üzv olan təşkilatların nümayəndələri, yerli şöbələr, idmançı gənclər və QHT nümayəndələri iştirak ediblər.
Baxışlar: 484 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024