Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Bugün cənab prezidentin 52 yaşı tamam olur
Bu münasibətlə GVB adından və öz adımdan Vətənpərvər, xalqını millətini sevən, milli mənəvi dəyərlərimizi qoruyan və inkişaf etmiş dünya ölkələrində təbliğ edən, dövlət gənclər və idman siyasətində, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin, mətubat azadlığının inkişafında misilsiz səy və xidmətləri olan hörmətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik edir, prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967- ... Ardını oxumaq »
Baxışlar: 747 | Əlavə etdi: Natiq | Tarix: 24.12.2013 | Şərhlər (0)

Bir neçə gündən sonra 2013-cü il bizimlə vidalaşır.
"Geridə qoyduğumuz il necə yadınızda qaldı?” sualı ilə qhtxeber.az bu dəfə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevə müraciət etdi. O, ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, eyni zamanda QHT-ləri təbrik etdi və 2014-cü ilin düşərli il olmasını arzuladı. 2013-cü ilin onun üçün ilk növbədə ölkədə keçirilən prezident seçkiləri ili kimi qaldığını bildirdi: "Ən sevindirici hal odur ki, 2013-cü il Respublikada keçirilən prezident seckilərində qələbəyə nail olduq. İlham Əliyev yenidən seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçildi. Baxmayaraq ki, maraqlı qüvvələr çalışdılar ki, seçkilərə müdaxilə etsinlər, ancaq xalqın seçimi və şüarı bir oldu: "İlhamla İrəli!”. Onu da qeyd etmək istəyirəm ki, GVB İlham Əliyevin namizədliyini ... Ardını oxumaq »
Baxışlar: 475 | Əlavə etdi: Natiq | Tarix: 19.12.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyinin (GVB) İdarə Heyəti 2013-cü ilin yekunları ilə bağlı iclas keçirib. İclasda İdarə Heyətinin üzvləri, birliyin komissiya sədrlərinin müşavirləri, regional şöbələrin əməkdaşları , fəxri üzvlər və üzv olan təşkilatların nümayəndələri iştirak edib.

qhtxeber.az-a daxil olan məlumata görə, iclası acan GVB-nin sədri Müqamət Əliyev ilk növbədə Azərbaycan xalqını və təşkilat üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Çıxışına davam edən Birlik sədri 2013-cü ilin təşkilat üçün çox məhsuldar il olduğunu qeyd edib, Birlik tərəfindən uğurlu layihələrə imza atıldığını vurğulayıb və görülən işlər barədə məlumat verib.

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri N. Qaçayev il ərzində görülən işlər barəsində geniş məlumat verərək qeyd edib ki, 2013 –ci ildə Gənclər və İdman Nazirliyi ... Ardını oxumaq »
Baxışlar: 517 | Əlavə etdi: Natiq | Tarix: 18.12.2013 | Şərhlər (0)

Hər bir şəxsin cəmiyyətin aktiv üzvünə çevrilməsi bütün zamanlarda olduğu kimi müasir dövrün də tələbidir.
Cəmiyyətdə müxtəlif təbəqələrin sosiallaşması, ictimailəşməsi, bu baxımdan münasibətlər qrupunun yaradılması cəmiyyətin inkişafı üçün əsas şərtdir. Çoxdan sınaqdan keçirilmiş nəzəriyyələr və təcrübələr onu göstərir ki, cəmiyyətin ayrı-ayrı təbəqələrinin (yaş təbəqələri, sosial təbəqələr) olması və onların qarşılıqlı olaraq fəaliyyəti və birləşməsi təbii ki, xalqın və cəmiyyətin birliyinə, gücün birləşməsi ilə dövlətin inkafına səbəb olur.
İnsanlar daha çox əqli və fiziki qabiliyyət (əmək qabiliyyəti) əldə etdikdən sonra sosiallaşma proseslərini yaşamağa başlayırlar və üzərlərində sosial məsuliyyət və öhdəliklər yaranır. İnsanların körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri olur. İnsanların cəmiyyətin sosial üzv ... Ardını oxumaq »
Baxışlar: 662 | Əlavə etdi: Natiq | Tarix: 17.12.2013 | Şərhlər (0)

Müasir gənclik və hərbi-vətənpərvərlik tərbiyəsi

Hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.

Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici v ... Ardını oxumaq »
Baxışlar: 618 | Əlavə etdi: Aliyev | Tarix: 17.12.2013 | Şərhlər (0)

Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna s ... Ardını oxumaq »
Baxışlar: 595 | Əlavə etdi: Aliyev | Tarix: 17.12.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş Heydər Əliyev şəxsiyyətinin rolu mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
GVB-nin mətbuat və informasiya şöbəsindən AZADİNFORM-a verilən məlumata görə tədbirdə GVB İdarə heyəti üzvləri, üzv olan təşkilat nümayəndələri və mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən GVB sədri Muğan Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı zəngin dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz səy və xidmətlərindən geniş söhbət açıb. O, qeyd edərək bildirib ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqın ... Ardını oxumaq »
Baxışlar: 920 | Əlavə etdi: Aliyev | Tarix: 12.12.2013 | Şərhlər (0)

 
"Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda konfrans keçirib 
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda konfrans keçirib. 
 qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər.Tədbirdə çıxış edən GVB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı zəngin dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz səy və xidmətlərindən geniş söhbət açıb. O, bildirib ki, Azərbaycanı c ... Ardını oxumaq »
Baxışlar: 529 | Əlavə etdi: Aliyev | Tarix: 12.12.2013 | Şərhlər (0)

QHT mətbuat konfransı keçirib 
Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək ”adlı layihə çərçivəsində mətbuat konfransı keçirib. 
İctimai Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan GVB-nin KİV üzrə koordinatoru P. Səfərov layihə barəsində görülən işlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, sentyabrın 3-dən icrasına başlanılmış layihə dekabrın 15-də başa çatıb. Layihə çərçivəsində bir çox konfrans, dəyirmi masa və idman tədbirləri keçirdiklərini söyləyən P. Səfərov vətənpərvərliyin və dövlətçiliyin təbliği mövzularında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması il ... Ardını oxumaq »
Baxışlar: 523 | Əlavə etdi: Aliyev | Tarix: 10.12.2013 | Şərhlər (0)

AZADİNFORM-un müsahibi Gənc Vətənpərvərlər Birliyin sədri, Ənənəvi karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman işcisi Müqamət Əliyevdir.


- Vətənə sevgi necə bir hissdir? Bu hiss necə yaranır?

- Vətənə sevgi ailədən, ümumtəhsil məktəblərdən başlayır. Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

- Sizcə, gənclərə bu hiss necə aşılanmalıdır?

... Ardını oxumaq »
Baxışlar: 829 | Əlavə etdi: Aliyev | Tarix: 09.12.2013 | Şərhlər (0)

« 1 2 ... 42 43 44 45 46 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024