Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Dekabr » 10 » GVB mətbuat konfransı keçirib
10:37
GVB mətbuat konfransı keçirib
QHT mətbuat konfransı keçirib 
Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək ”adlı layihə çərçivəsində mətbuat konfransı keçirib. 
İctimai Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan GVB-nin KİV üzrə koordinatoru P. Səfərov layihə barəsində görülən işlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, sentyabrın 3-dən icrasına başlanılmış layihə dekabrın 15-də başa çatıb. Layihə çərçivəsində bir çox konfrans, dəyirmi masa və idman tədbirləri keçirdiklərini söyləyən P. Səfərov vətənpərvərliyin və dövlətçiliyin təbliği mövzularında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı respondentlər arasında sosioloji sorğuların keçirilməsini qeyd edib. 

GVB-nin sədri, layihə rəhbəri M. Əliyev bildirib ki, layihə çərçivəsində keçirilən tədbirlərdə yeniyetmə və gənclərə vətənpərvərlik, dövlətçilik təbliği, eləcə də sağlam həyat tərzi barədə məlumatlar verilib, onların istək və arzuları öyrənilib: "Layihədə 18 yaşa qədər 300 nəfər,18-30 yaşına qədər 500 nəfər, ümumilikdə isə 800 nəfərdən çox adam iştirak edib”. 

Konfrans diskussiya şəraitində başa catıb və KİV tərəfindən verilən suallar cavablandırılıb. 
Sonda Gənclər və İdman Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimova, GVB-nin fəxri üzvü Zülfüqar Kazımova, habelə layihə üzrə təşkilat komitəsinin üzvlərinə fəxri diplomlar təqdim edilib. 

Hamlet
Baxışlar: 523 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024