Bu gün Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 283 saylı orta məktəbdə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində "Zəfər bayrağımız əbədidir” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən 283 saylı orta məktəbin direktoru Şükufə Axundova bildirib ki, uşaq, yeniyetmə və gənclərin arasında dövlət atributları, tarixi və milli qəhrəmanlarımız haqqında maarifləndirmə işləri mütəmadi olmalıdır. Layihənin rəhbəri Muğan Əliyev tədbirdə iştirak edən yeniyetmə və gənclərə bayrağımızın yaranma tarixi və rəmzlərini izah edib. Layihə üzrə Təşkilat Komitəsinin üzvü A.Əsədov bildirib ki, məktəblərdə dərsdən kənar fiziki hazırlıq vasitəsilə Azərbaycan Dövlət Rəmzlərini təbliğ etməyə çalışacağıq. Tədbirdə məktəbin pedaqoji kollektivi, GVB-nin Təşkilat Komitəsini üzvləri, ictimaiyyət nümayəndələri və KİV-lər iştirak ediriblər.
|