Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Yanvar » 28 » Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “layihəsinin icrası başa çatdırılıb
10:04
Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “layihəsinin icrası başa çatdırılıb
“ Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “layihəsinin icrası başa çatdırılıb


Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB “ Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “ adlı layihəsini Bakı şəhəri Binəqədi rayon Gənclər evində “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksədilməsi” mövzusunda elmi nəzəri praktik konfrans uğurla yekunlaşıb.
Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, AMKF təmsilçisi V. Kərimov , idmançılar, qarabağ qaziləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Tədbirdə “Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
AMEA-n Azərbaycan Milli Tarix Müzeyinin elmi işçisi ,YAP təşkilat sədri Pərvanə Əzimova vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib.
1 saylı uşaq evinin tərbiyə işləri üzrə müəlliməsi,Gənc Vətənpərvərlər İctimai Birliyinin Ali təhsil və orta məktəblərlə iş şöbə\sinin müdiri Aidə Hüseyinova, tədbirlərin təşkili şöbəsinin baş məsləhətçisi Əli Mərdənov, könüllülər Şirinzadə Lalə, Nəbiyev Səbuhi, Hüseyinzadə Sabir və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirdə, Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər , Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı və keçirilən tədbirlərdə fəal iştiraklarına görə layihə üzrə təşkilat komitəsinin üzvlərinə, könüllülərə və bir qrup fəal gənclərə fəxri diplom və sertifikatlar təqdim olundu . Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir.

GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 256 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024