Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Fevral » 26 » Xocalı soyqırımı-Esrin faciesi
08:54
Xocalı soyqırımı-Esrin faciesi
Xocalı Soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan Silahlı Qüvveleri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ile Xocalı şeherini işğal ederken, etnik azerbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu facie Dağlıq Qarabağ münaqişesi zamanı baş vermiş en dehşetli hadiselerden biridir.
1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan silahlı qüvveleri SSRİ dövründen Xankendi (Stepanakert) şeherinde yerleşen 366-cı motoatıcı alayın zirehli texnikası ve herbi heyetinin kömekliyi ile Xocalı şeherini işğal etdi. Hücumdan evvel, fevralın 25-i axşam şeher toplardan ve ağır artileriyadan şiddetli ateşe tutuldu. Neticede, fevralın 26-ı seher saat 5 radelerinde Xocalı tam alova büründü. Mühasireye alınan şeherde qalmış teqriben 2500 nefer xocalılı Ağdam rayonunun merkezine çatmaq ümidi ile şeheri terk etdi. Amma bir günün içinde yer üzünden silinen şeheri terk eden 2500 Xocalı sakininden 613-ü düşmen güllesine tuş gelib qetliamın qurbanı oldu. Bu soyqırım neticesinde 63-ü uşaq, 106-sı qadın, 70-i qoca ve qarı olmaqla - 613 nefer Xocalı sakini qetle yetirildi, 8 aile tamamile mehv edildi, 25 uşaq her iki valideynini, 130 uşaq valideynlerinden birini itirdi. Düşmen güllesine tuş gelib yaralanan 487 neferden 76-sı uşaq idi. 1275 xocalılı esir, 150 xocalılı itkin düşdü. Dövletin ve ehalinin emlakına 1 aprel 1992-ci il tarixine olan qiymetlerle 5 mlrd. rubl deyerinde ziyan vurulmuşdur.
Bu hadise Azerbaycanda ve qardaş Türkiyede "Xocalı soyqırımı", "Xocalı faciesi" kimi anılır. Ermenistanda ise bu emeliyyat "Xocalı döyüşü", "Xocalı hadisesi" terminleri ile ifade olunur. Qerb ve dünya metbuatı "Xocalı qetliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") termininden istifade etmeye üstünlük verir.

Xocalı strateji hedef kimi
7000 ehalisi olan Xocalı Xankendinden 10 km cenub-şerqde, Qarabağ dağının sisilesinde ve Ağdam-Şuşa, Esgeran-Xankendi yollarının üstünde yerleşir. Qarabağdakı yegane aeroport da Xocalıdadır. Ermenilerin Xocalıya esas maraqları da Xocalının bu cür strateji mövqeye malik olması ile elaqedar idi.
Xocalı ehalinin tarixen meskunlaşdığı yerdir ve qedim tarixi adibeler indiye qeder qalmaqdadır. Xocalının yaxınlığında bizim e.e. XIV-VII esrlere aid edilen Xocalı-Gedebey medeniyyetinin abideleri yerleşir. Burada son bürünc ve ilkin demir dövrlerine aid edilen defn abideleri - daş qutular, kurqanlar ve nekropollar tapılmışdır. Hemçinin burada arxitektur abideler - dairevi qebr (1356-1357-ci iller) ve mavzoley (XIV esr) vardır. Arxeoloji qazıntılar zamanı müxtelif növ daş, bürünc, sümük bezek eşyaları, gilden ev eşyaları ve s. tapılmışdır. Tapılmış muncuq denelerinden birinde Assuriya şahı Adadnerarinin (bizim e.e. 807-788-ci iller) adı yazılmışdır.
Ehali esasen üzümçülük, heyvandarlıq, arıçılıq ve ekinçilikle meşğul olmuşdur. Şeherde toxuculuq fabriki, 2 orta mekteb ve 2 natamam orta mekteb var idi.
Son illerde baş vermiş hadiselerle elaqedar olaraq Ferqaneden (Özbekistan) qaçqın düşmüş 54 mehseti-türkü ailesi, hemçinin Ermenistandan ve Xankendinden qovulmuş bezi azerbaycanlı aileleri şeherde meskunlaşmışdılar.
Sonralar ermeni terefi etiraf etmişdir ki, ermeni silahlı destelerinin esas vezifesi Xocalı platsdarmının mehv edilmesi, bu menteqeden keçen Esgeran-Xankendi yolunun boşaldılması, aeroportun ele keçirilmesi idi.

Facienin icmalı
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibaren şehere aparan bütün avtomobil yolları bağlanmış, yegane neqliyyat vasitesi vertolyot qalmışdı.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-de endi. Şuşa semasında mülki vertolyotun vurulması, vertolyotun içindeki 40 nefer azerbaycanlının helak olmasıyla şeherle hava elaqesi de kesildi. Yanvarın 2-den şehere elektrik enerjisi de verilmirdi. Xocalılar ancaq öz qehremanlıqları ve şeher müdafieçilerinin cesurluğu sayesinde yaşayır ve müdafie olunurdular. Şeherin müdafiesi esasen avtomat ve ov tüfengleri ile silahlanmış yerli özünümüdafie destesi, yerli milis qüvveleri ve Milli Ordunun döyüşçülerinden teşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı ermeni silahlı destelerinin mühasiresine alınmışdı ve her gün toplardan, ağır texnikadan ateşlere, ermeni destelerinin hemlelerine meruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-de axşam 366-ci alayın herbi texnikasının döyüş mövqelerine çıxması ile başlanılmışdı. Şehere hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq ateşden sonra başlandı. Xocalıya üç istiqametden hücum aparıldığından ehali Esgeran istiqametinde qaçmağa mecbur olmuşdu. Tezlikle aydın olmuşdur ki, bu mekrli hiyle imiş. Naxçevanik kendi yaxınlığında ehalinin qarşısı ermeni silahlı desteleri terefinden kesilmiş ve onlar gülleborana tutulmuşlar. Qarlı aşırımlarda ve meşelerde zeiflemiş, taqetden düşmüş insanların çox hissesi mehz Esgeran-Naxçevanik düzünde ermeni silahlı desteleri terefinden xüsusi qeddarlıqla mehv edilmişdir.
Bu hadiseler regiona İran İslam Respublikasının xarici işler naziri Eli Ekber Vilayetinin vasiteçilik missiyası ile seferi günlerine tesadüf etmişdir. O, fevralın 25-de Azerbaycanın hakimiyyet rehberleri ile görüşmüş ve fevralın 27-de Qarabağa, sonra ise Ermenistana sefer planlaşdırırdı. Bununla elaqedar olaraq tereflerin razılığı ile fevralın 27-den martın 1-dek üçgünlük ateşkes elan edilmişdi. Ermeniler ona mehel qoymadılar ve vedlerine xilaf çıxdılar.
Oxşar veziyyet fevralın 12-de Avropada Tehlükesizlik ve Emekdaşlıq Şurasının missiyasının veziyyetle tanışlıq ve münaqişenin tenzimlenmesi meselerinin tehlili meqsedile Qarabağa geldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana ve Bakıya sefer etmeli idi. Mehz fevralın 12-de ermeni silahlı desteleri terefinden Şuşanın Malıbeyli ve Quşçular kendleri qaret edilmiş ve yandırılmışdır, tekce Malıbeylide 50 nefer öldürülmüş, yaralanmış ve esir götürülmüşdür.
Hemin günlerde Azerbaycan qüvveleri Xocalı sakinlerinin kömeyine çata bilmedi, hetta meyidlerin götürülmesi bele mümkün olmadı. Bu zaman ise ermeniler vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşelerde gizlenmiş insanların axtarışını aparır, aşkar edilenleri esir götürür, işgencelere meruz qoyurdular.
Fevralın 28-de terkibinde yerli jurnalistlerin de olduğu qrup 2 vertolyotla azerbaycanlıların helak olduqları yere çata bildiler. Gördükleri menzere hamını dehşete getirdi - düzenlik cesedlerle dolu idi. İkinci vertolyotun havadan mühafizesine baxmayaraq, ermenilerin güclü ateşi altında ancaq 4 meyidi götürmek mümkün oldu. Martın 1-de yerli ve xarici jurnalistlerin iştirakı ile hadise yerinde daha da dehşetli veziyyet müşahide olunmuşdur. Meyidlerin skalplarının götürülmesi, qulaqlarının ve diger orqanlarının kesilmesi, gözlerin çıxardılması, çoxsaylı bıçaq ve gülle yaraları, ağır texnika ile ezilmeler, yandırılma halları aşkar edilmişdir.

Xocalı soyqırımına dair dünya metbuatında çıxarışlar
• Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermeniler Xocalıya hücum etmişler. Bütün dünya eybecer hala salınmış meyidlerin şahidi oldu. Azerbaycanlılar çoxlu sayda ölenler barede xeber verirler.
• Sandi Tayms qezeti (London), 1 mart 1992-ci il: Ermeni esgerleri minlerle aileni mehv etmişler.
• Faynenşl Tayms qezeti (London), 9 mart 1992-ci il: Ermeniler Ağdama teref geden desteni güllelemişler. Azerbaycanlılar 1200-e qeder cesed saymışlar.
• Livanlı kinooperator tesdiq etmişdir ki, onun ölkesinin varlı daşnak icması Qarabağa silah ve adam gönderir.
• Tayms qezeti (London), 4 mart 1992-ci il: Çoxları eybecer hala salınmışdır, körpe qızın ancaq başı qalmışdır.
• İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kesilmiş uşaqları gösterdi. Bir qadının sifetinin yarısı kesilmişdir. Kişilerin skalpları götürülmüşdür.
• Faynenşl Tayms qezeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nefer ermeni herbiçisi Dağlıq Qarabağda qalmışdır.
• Le Mond qezeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistler, Xocalıda öldürülmüş qadın ve uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 neferi görmüşler. Bu azerbaycanlıların tebliğatı deyil, bu reallıqdır.
• İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Men şexsen tepede yüze yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Her terefde xüsusi qeddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
• Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" ermeni silahlı desteleri Yaxın Şerqden çıxmışlarla birlikde müasir texnikaya, o cümleden vertolyotlara malikdirler. ASALA-nın Suriya ve Livanda herbi düşergeleri ve silah anbarları vardır. Ermeniler yüzden artıq müselman kendlerinde qırğınlar törederek Qarabağdakı azerbaycanlıları mehv etmişler.
• R. Patrik, İngilterenin "Fant men nyus" teleşirketinin jurnalisti (hadise yerinde olmuşdur): Xocalıdakı vehşilikllere dünya ictimaiyyetinin gözünde heç ne ile haqq qazandırmaq olmaz.

"Memorial" hüquqmüdafie merkezinin hesabatından

Xocalı 1991-ci ilin payızından ermeni silahlı desteleri terefinden esasen blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra ise tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-de Xocalıya ermeni silahlı destelerinin hücumu başlandı.
Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın - zirehli maşınların, piyadaların döyüş maşınlarının ve tankların desteyi ile Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hisseleri iştirak edirdi.
Bundan başqa bütün Xocalı qaçqınlarının söylediklerine göre şehere hücumda 366-cı alayının herbiçileri de iştirak edirdi, hetta onlardan bezileri şehere de girmişler.
Hücumun gedişatı
Xocalı fevralın 25-de saat 23-den toplardan ateşe tutulmağa başlamışdır. İlk növbede yaşayış massivinde yerleşen kazarma ve müdafie nöqteleri dağıdılmışdı. Piyada hisseler şehere fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafie nöqtesi saat 7-de mehv edilmişdir. Şeherin gülleboranı neticesinde dinc ehalinin müeyyenleşdirilmemiş miqdarda emlakı dağılmışdır.
Ehalinin çıxması üçün azad dehliz
Ağdam ve Bakıda Memorialın müşahideçileri Xocalıya hücum zamanı şeheri terk etmiş 60 neferle sorğu-sual etmişler. Soruşulanlardan ancaq biri söylemişdir ki, dehliz barede melumatı olmuşdur. Azad dehlizle qaçan ehali Azerbaycanın Ağdam rayonuna qovuşan erazide ateşe tutulmuşdur ve neticede coxlu sayda insan helak olmuşdur.
Şeherde qalmış ehalinin müqedderatı
Şeher ermeni silahlı desteleri terefinden zebt edilende orada 300 dinc ehali, o cümleden 86 mesheti-türkü qalmışdı. Her iki terefden alınmış melumata esasen, 1992-ci il martın 3-de Azerbaycan terefine Xocalı şeherinde ve Ağdam yolunda esir götürülmüş 700-e qeder Xocalı sakini tehvil verilmişdir. Onların esas hissesini qadınlar ve uşaqlar teşkil edirdi.
Esir düşmüş ehali ve Xocalı müdafieçilerinin saxlanılma şeraiti
Müveqqeti saxlanılma izolyatorunun reisi mayor Xaçaturyan esirlerle hetta bir neçe deqiqelik teklikde danışmağa icaze vermemişdir.
Xocalı sakinlerinin emlakı
Şeherden qaçan Xocalı sakinleri hetta zeruri eşyaları bele götüre bilmemişdiler. Ermeni silahlı qüvvelerinin Xocalıdan çıxardıqları sakinler de emlaklarından heç ne götürmemişdiler. Memorialın müşahideçileri şeherde azğın, heç ne ile qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şeherde qalan emlak Stepanakert ve yaxınlıqdakı yaşayış menteqelerinin ehalisi terefinden daşınırdı. Çox evlerin darvazalarında onların yeni sahiblerinin adları yazılmışdır.
Alınmış melumatların qiymetlendirilmesi
Xocalının zebt olunması üzre heyata keçirilmiş herbi emeliyyat zamanı şeherin dinc ehalisine qarşı kütlevi zorakılıq töredilmişdir. Azad dehliz barede melumat Xocalının ehalisinin çoxuna çatdırılmamışdır.
Azad dehliz ve onun yaxınlığındakı erazide dinc ehalinin kütlevi qırğınına hec bir cehdle haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Rusiya ordusunun 366-cı motoatıcı alayının herbiçileri iştirak etmişdir.
Memorial hüquq müdafie merkezi tesdiq edir ki, Xocalıya hücum zamanı ermeni silahlı destelerinin dinc ehaliye qarşı hereketleri Cenevre konvensiyasına, hemçinin Ümumdünya İnsan Haqları Beyannamesinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ilde qebul etmişdir) aşağıdakı maddelerine kobud qaydada ziddir:
• Madde 2. Her bir şexs dilinden, ... dininden, ... milliyyetinden ve diger sebebden, ferq qoyulmadan bu Beyannamede tesbit olunmuş bütün hüquq ve azadlıqlara malik olmalıdır.
• Madde 3. Her kesin yaşamaq, azadlıq ve şexsi toxunalmazlıq hüququ vardır.
• Madde 5. İnsan leyaqetini alçaldan, insaniyyetlikden kenar ve qeddar hereketler qadağandır.
• Madde 9. Özbaşına hebsler, saxlanılmalar ve ya qovulmalar qadağandır.
• Madde 17. Her bir insanın emlaka malik olma hüququ vardır ve insanın emlakdan özbaşına mehrum edilmesinin qadağandır.
Silahlı destlerin hereketleri Fövqelade veziyyetlerde ve herbi münaqişeler zamanı qadınların ve uşaqların müdafiesi Beyannamesine (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ilde qebul etmişdir) tam ziddir.

Hadiselerin şahidleri
Qaradağlı sakini, hadiselerin şahidi İlqar Eliyevin açıqlaması:
“Ermeniler Qaradağlını tutandan sonra esir ve girov götürdükleri kend sakinlerinden 33 neferini öldürdüler. Sonra öldürdükleri qadın ve uşaqların cesedlerini kend yaxınlığındakı Beylik bağı adlanan yerde “silos” quyusuna töküb, üzerini torpaqladılar.” "...ermeniler kend sakinlerini gülleleyir, hele ölmemiş adamları ise quyuya doldururdular."
“Menimle birlikde yüzden artıq Qaradağlı kend sakini girov götürülmüşdü. Yolda dehşetli işgencelerle qarşılaşdıq. Ermeniler iki kend sakininin başını toxmaqla yararaq, onları ezabla öldürdüler. Bizi evvelce Lingin kendinde getirdiler. Orada üç neferi, Malıbeylide ise 12 neferi güllelediler. Malıbeylide hamını maşınlardan töküb, piyada Xankendine qeder apardılar. Yol boyu ermenilerin tehqirleri ile qarşılaşırdıq”.
İ. Eliyev Xankendide yerleşen hebsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:
“Ermeniler fevralın 26-da Xocalını işğal edende Xankendide hebsxanada idim. Hemin gün ermeniler yüzden artıq adamı bu hebsxanaya getirdiler. Sonra bildim ki, onlar Xocalı sakinleridir ve bu şeher de işğal olunub. Seheri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kesdiler. Onların arasında uşaq ve qadınlar da var idi”.

Qaradağlı sakini Oruc Eliyev de kend işğal olunduqdan sonra şahidi olduğu işgence ve qetliamlar haqda danışıb:
“Meni fevralın 17-de esir götürdüler. Yolda qohumlarımın yarısını öldürdüler. Xankendideki hebsxanada ise dişlerimi zorla çekdiler”. O, esirlikde olduğu müddetde ermeniler terefinden her gün döyüldüyünü ve işgenceye meruz qaldığını deyib:
“Hemin il martın 17-de Allahverdi Bağırovun kömekliyi ile deyişdirildim. Beynelxalq Qırmızı Xaç Komitesinin nümayendeleri hemin güne qeder bir defe de olsun xestexanaya gelmediler”.
“Ermeniler sağlam azerbaycanlı esir ve girovların daxili orqanlarını satırdılar. Bunu evvelceden tanıdığım ermeniler mene demişdi”.
O. Eliyevin sözlerine göre, Qaradağlının alınması emeliyyatına ve orada baş veren qetliamlara Ermenistan prezidenti Robert Köçeryan rehberlik edib. O, bunu Esgeranda xestexanada yatarken eşitdiyini söyleyib.
Ermenilerden etiraflar
Qarabağ hadiselerinin iştirakçışı, ermenilerin en çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçelişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda töretdikleri soyqırım haqqında yazır:
"Biz Xaçaturla ele keçirdiyimiz eve girerken esgerlerimiz 13 yaşlı bir türk uşağını pencereye mismarlamışdılar. Türk uşağı çox ses-küy salmasın deye, Xaçatur uşağın anasının kesilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinesinden ve qarnından derisini soydum. Saata baxdım, türk uşağı 7 deqiqe sonra qan itirerek dünyasını deyişdi. Ruhum sevincden qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cesedini hisse-hisse doğradı ve bu türkle eyni kökden olan itlere atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Men bir ermeni kimi öz vezifemi yerine yetirdim. Bilirdim ki, her bir ermeni hereketlerimizle fexr duyacaq".
Daha bir ermeni müellif, hazirda Livanda meskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermenilerin Azerbaycan türklerinin başına getirdikleri müsibetleri "Xaç uğrunda" kitabında fexrle xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı sehifelerinde Xocalı soyqırımından yazır:
"Seherin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmek üçün ölülerden körpü düzeltmeli olduq. Men ölülerin üstüne getmek istemedim. Bunu gören podpolkovnik Ohanyan mene işare etdi ki, qorxmayın. Men ayağımı 9-11 yaşlı qız meyidinin sinesine basıb addımlamağa başladım. Menim ayaqlarım ve şalvarım qan içinde idi. Ve men belece 1200 meyidin üstünden keçdim".
"Martın 2-de "Qaflan" ermeni qrupu (meyitleri yandırmaqla meşğul olurdu) 2000-e yaxın alçaq monqolun (türklerin) cesedlerini toplayıb ayrı-ayrı hisselerle Xocalının 1 km-liyinde yandırdı. Axırıncı yük maşınında men başından ve qollarından yaralanmış texminen 10 yaşlı bir qız uşağını gördüm. Diqqetle baxanda gördüm ki, o yavaş-yavaş nefes alır. Soyuq, aclıq ve ağır yaralanmasına baxmayaraq, o hele de sağ idi. Ölümle mübarize aparan bu uşağın gözlerini men heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir esger onun qulaqlarından tutub artıq üzerine mazut tökülmüş cesedlerin içerisine atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq ve imdad sesleri gelirdi".
366-cı alay
Bu alay Şuşa ve Xocalının, Azerbaycanın kendlerinin ateşe tutulmasında defelerle iştirak etmişdir. Alaydan qaçmış herbiçilerin ifadeleri bu faktları sübut edir ve herbi hissenin şexsi heyetinin menevi durumu ve münasibetleri haqqında tesevvür yaradır. 366-ci alayın tecili suretde Xankendiden çıxarılması da bu alayın Xocalı hadiselerinde iştirakını sübut edir.
Herbi hisseni komanda heyetinin meneviyyatsızlığı o hedde çatmışdır ki, güya ehalinin müqavimeti ile rastlaşdıqlarına göre alayın serbest çıxarılmasını temin ede bilmediler. Bu meqsedle Gencede yerleşen desant diviziyasının qüvveleri celb edilmeli oldu. Ancaq bu qüvveler gelenedek alayın 103 nefer, esasen ermenilerden ibaret olan ve qırğında iştirak etmiş herbiçı emre tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayet sövdeleşmesi ve alayın çıxarılmasına mesul olan diger şexslerin mesuliyyetsizliyi neticseinde herbi texnikanın bir hissesi, o cümleden zirehli texnika ermenilere tehvil verildi.
Xocalı soyqırımında iştirak etmiş ermenilerin ve onların kömekçilerinin hereketleri insan haqlarının kobud pozulması, beynelxalq hüquqi aktların - Cenevre konvensiyası, Ümumdünya İnsan Haqqları Beyannamesi, vetendaş ve siyasi hüquqlar barede Beynelxaq Sazış, Fövqelade veziyyetlerde ve herbi münaqişeler zamanı qadınların ve uşaqların müdafıesi Beyannamesine mehel qoyulmamasıdır.
Azerbaycan Milli Meclisi (Parlamenti) her il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Her il fevralın 26-da saat 17.00-da Azerbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatiresini yad edir


Melumatlar vikipediadan götürülmüşdür.

Baxışlar: 12151 | Əlavə etdi: GVB | Reytinq: 4.2/5
Bütün şərhlər: 8
0 Spam
8 revancik16  
Sabahin xeyir kral hehe

0 Spam
7 revancik16  
Esil kayif haha
dry :Emi:

0 Spam
6 revancik16  
smile santa Qış gelib şaxta babada gelib xiyar haha

0 Spam
5 revancik16  
kayıfdı
dry booze

0 Spam
4 revancik16  
sevdim
love

0 Spam
3 revancik16  

0 Spam
2 revancik16  
Bu wikipediyada var!!! (Azerilere oğurluq yarasmir)
biggrin

0 Spam
1 hackerwebandwapsite  
wikipediadan yazilib bu!!!!! (azerilere ogurluq yarasmaz)

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Yazıların arxivi
Design by UsiGroup  © 2019