Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Fevral » 26 » Xocali faciesinden 19 il ötür...
10:42
Xocali faciesinden 19 il ötür...
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan Silahlı Qüvveleri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ile Xocalı şeherini işğal ederken, etnik azerbaycanlılara qarşı baş vermiş soyqırım.Bu facie Dağlıq Qarabağ münaqişesi zamanı baş vermiş en dehşetli hadiselerden biridir.
1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan silahlı qüvveleri SSRİ dövründen Xankendi (Stepanakert) şeherinde yerleşen 366-cı motoatıcı alayın zirehli texnikası ve herbi heyetinin kömekliyi ile Xocalı şeherini işğal etdi. Hücumdan evvel, fevralın 25-i axşam şeher toplardan ve ağır artileriyadan şiddetli ateşe tutuldu. Neticede, fevralın 26-ı seher saat 5 radelerinde Xocalı tam alova büründü. Mühasireye alınan şeherde qalmış teqriben 2500 nefer xocalılı Ağdam rayonunun merkezine çatmaq ümidi ile şeheri terk etdi. Amma bir günün içinde yer üzünden silinen şeheri terk eden 2500 Xocalı sakininden 613-ü düşmen güllesine tuş gelib qetliamın qurbanı oldu. Bu soyqırım neticesinde 63-ü uşaq, 106-sı qadın, 70-i qoca ve qarı olmaqla - 613 nefer Xocalı sakini qetle yetirildi, 8 aile tamamile mehv edildi, 25 uşaq her iki valideynini, 130 uşaq valideynlerinden birini itirdi. Düşmen güllesine tuş gelib yaralanan 487 neferden 76-sı uşaq idi. 1275 xocalılı esir, 150 xocalılı itkin düşdü. Dövletin ve ehalinin emlakına 1 aprel 1992-ci il tarixine olan qiymetlerle 5 mlrd. rubl deyerinde ziyan vurulmuşdur.
Bu hadise Azerbaycanda ve qardaş Türkiyede "Xocalı soyqırımı", "Xocalı faciesi" kimi anılır. Ermenistanda ise bu emeliyyat "Xocalı döyüşü", "Xocalı hadisesi" terminleri ile ifade olunur. Qerb ve dünya metbuatı "Xocalı qetliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") termininden istifade etmeye üstünlük verir.
Baxışlar: 729 | Əlavə etdi: Natiq | Reytinq: 1.0/1
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728
Yazıların arxivi
Design by UsiGroup  © 2019