Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » İyun » 21 » Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır
09:02
Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır
Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır
Gənc Vətənpərvərlər İctimai Birliyin (GVİB) sədri , ictimai xadim Müqamət Süleyman oğlu Əliyev (Muğan)
Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb.
Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu,
mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar.
Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.
Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir.
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla həyata keçirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir.
Sevindirici hal olaraq 12 aprel 2021 ci il tarixində Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı, Respublikamızda indiyədək müxtəlif parklar və müzeylər fəaliyyət göstərir.
Lakin vətən¬daşlarımızın və ölkəmizə gələn turistlərin üzünə açılan müxtəlif parklar və müzeylər heç biri Hərbi Qənimətlər Parkının məna-mahiyyətində olmayıb.
Çox ölkələrdə Hərbi Qənimətlər parkı kiçik müzey şəkilində fəaliyyət göstərir.
Respublikamızda isə yeni yaradılmış Hərbi Qənimətlər Parkı öz planında ölkəmiz üçün eyni zamanda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsində mühüm rol oynayacaqdır.
30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür.
Yeni yaradıllmış Hərbi Qənimətlər parkı vətənsevər parkıdır,torpaq sevər parkıdır, mərdlik parkıdır parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır. Dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq.
Gənc Vətənpərvərlər İctimai Birliyin(GVİB) sədri olaraq deyə bilərəm ki, Azərbaycanın nizami Ordusu qəhrəman və peşəkar ordudur, düşmən üzərində ordumuzun mənəvi üstünlüyü danılmaz faktdır;
Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır;
Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikanın, dəqiq siyasi-iqtisadi və diplomatik kursun təzahürüdür.Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb;
Hərbi Qənimətlər Parkı da XXI yüzil müharibəsinin miqyasını və Azərbaycanın şərəfli Qələbəsinin möhtəşəmliyini göstərir;Park Qələbənin əbədiləşdirilməsinə xidmət edir;
Biz Qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda, unutdura bilmərik.Və “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”!
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdan cəmi bir gün öncə Hərbi Qənimətlər Parkını ziyarət edərkən – qalib ordunun hərbçiləri qarşısında çıxış zamanı hərbi formada idi.
Ali diplomatiya təhsili ocağında, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin biləvasitə (yaxud “onlayn”) qatıldığı konfransda çıxış edən Prezident, Cənubi Qafqaza yeni baxışın özünü, özəyini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına açdı.
Beləliklə:
– Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb;
– Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır;
– Sabitlik inkişafın əsasıdır. Regionun inkişafı strateji prioritetdir. – “Əlbəttə ki, Ermə-nistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”;
Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var;
– Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu;
– Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir;
– Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub;
– Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.
Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur.
Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Gənc Vətənpərvərlər İctimai Birliyin sədri ,ictimai xadim
Müqamət Süleyman oğlu Əliyev (Muğan)
Baxışlar: 56 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2024  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024