Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » May » 8 » Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir.
12:31
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir.
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir.
5 may 2023-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “ Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib.Yubiley tədbirində cıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyin (GVİB) Sədri,İctimai xadim Muğan Əliyev cıxış edərək Dövlət gənclər siyasətindən,İdman siyasətindən eyni zamanda bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq","Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırdı.
Daha sonra tədbirdə çıxış edən qonaqlar dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.
.Tədbirin bədii hissəsidə tələbələrin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim edilib.
Baxışlar: 51 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2023  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024