Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » İyun » 1 » Şuranın layihəsi çərçivəsində Respublika Günü Sumqayıtda qeyd olundu
13:38
Şuranın layihəsi çərçivəsində Respublika Günü Sumqayıtda qeyd olundu
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində 28 May Respublika Günü münasibətilə Sumqayıtda elmi-praktik konfrans keçirib.

qhtxeber.az-ın verdiyi məlumata görə, Sumqayıtdakı “Teyd” İdman sağlamlıq kompleksində təşkil olunan tədbirin mövzusu “Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir” olub. Tədbirdə Bakı şəhəri üzrə idman ictimayyətin nümayəndələri, karate üzrə dünya çempionları, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəsi Musa Həsənov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 7 qat karate üzrə dünya çempionu Rafael Ağayev, “Dostluq” Əlbəyaxa döyüş növləri üzrə İdman Klubu İctimai Birliyinin sədri Emil Hasıyev, Azərbaycan Beynəlxalq mərkəzinin şöbə müdiri İlqar Əlizadə, Karate Federasiyalarının baş məşqçisi, əməkdar məşqçi Oqtay Məmmədov, Sumqayıt şəhər üzrə baş məşqçi, Avropa çempionu Rafael Məmmədov, Sumqayıt şəhər idman, Qarabağ veteranları, Sumqayıt şəhər QHT nümayəndələri iştirak ediblər.
Tədbirdə GVB sədri Muğan Əliyev tədbir iştirakçılarını Respublika günü münasibəti ilə təbrik edərək deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan öz istiqlaliyyətini elan edib, Azərbaycan Demokratik Respublikası yaradılıb. QHT sədri bildirib ki, bu günkü müstəqil Azərbaycan Respublikası ADR-in davamçısıdır: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunsa da, ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqillik qorunub saxlanıldı, möhkəmləndi. Bu gün ümummilli liderin layiqli davamçısı, prezident İlham Əliyevin rəhəbrliyi ilə Azərbaycan daha da inkişaf edir, yeni-yeni uğurlara imza atır”.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəsi Musa Həsənov, Azərbaycan Beynəlxalq mərkəzinin şöbə müdiri İlqar Əlizadə, baş məşqçi R.Məmmədov, Qarabağ veteranı C.Əliyev çıxış edərək dövlət və dövlətçilik, vətənpərvərliyin təbliğ olunması, gənc nəslin bu ruhda böyüməsi, vətənə sədaqət prinsipləri barədə danışıblar.
Tədbirdə GVB 28 may Respublika Günü münasibətilə Azərbaycan karate-do Assosiasiyasının prezidenti, millət vəkili Ülvü Quliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəsi Musa Həsənov, “Dostluq” Əlbəyaxa döyüş növləri üzrə İdman Klubu İctimai Birliyinin sədri Emil Hasıyev, Sumqayıt şəhəri karate üzrə baş məşqçi Rafael Məmmədov, GVB-nin texniki şöbəsinin baş məsləhətçisi Zeynal İbrahimli və Bakı şəhəri 27-ci polis bölməsinin rəisi, Rəhman İsmayılova fəxri diplomlar təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi E.Bağırlı çıxış edərək bildirib ki, bu tədbir sayəsində Sumqayıt şəhərinin çox gəncləri faydalandı. Bu yönlü layihələrin davam etdirilməsi vacibdir.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 566 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2012  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024