Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Fevral » 24 » Şuranın dəstəyilə “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib
14:02
Şuranın dəstəyilə “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib
Şuranın dəstəyilə "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib 
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində Səbail rayon 2 saylı texniki Humanitar Elmlər Liseyində "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. 

qhtxeber.az-a daxil olan məlumata görə, əvvəlcə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan 2 saylı texniki Humanitar Elmlər Liseyinin direktoru B. Mustafayev bildirib ki, şəhid sözü "gördüyünü və bildiyini söyləyən”, "hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. O, həmçinin qeyd edib ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soyqırım haqqında maarifləndirmə işlərinin aparılması vacibdir. 

Layihə üzrə təşkilat komitəsinin üzvü N. Qaçayev bildirib ki, icra olunan layihə 3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. 

Tədbirdə Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb etməli, onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdır. 
Layihə rəhbəri, GVB-nin sədri M.Əliyev vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər. 

Tədbirin sonunda Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb: "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv ədilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb. 

Tədbir sinif bölmələrində diskussiya şəkilində davam etdirilib, iştirakçılara buklet və braşuralar paylanıb. Sonda Birlik üzvləri "Ana harayı” abidəsini ziyarət edərək faciədə həlak olanları yad ediblər. 

Hamlet

Baxışlar: 510 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
232425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024