Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 2
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Sentyabr » 18 » Şuranın dəstəyilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə”
14:05
Şuranın dəstəyilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə”
Şuranın dəstəyilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə”
+ - Çap Yerləşdirilib: 18.09.15 | Baxılıb: 2

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərinin təşkili” adlı layihə çərçivəsində tədris ilinin başlanğıcı ilə əlaqədar AMKF-nin Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə İB ilə birgə Sumqayıt şəhər “TEYD” idman sağlamlıq kompleksində “Narkotiklərdən əl çəkək” ,”Gələcəyimizi qoruyaq,”Uşaq cinayətkarlığına və narkomaniyaya qarşı mübarizə” devizi altında elmi nəzəri praktik konfrans və karate üzrə idman yarışı keçirilib.

qhtxeber.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi M. Zaidov,”Bakı-2015” 1-ci Avropa Oyunlarının karate üzrə Avropa çempionları R. Ağayev, F. Fərzəliyev və başqaları iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb və layihə çərçivəsində keçirilən tədbirlərdə onun mahiyyətindən danışıb. Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M.Əliyev onu da qeyd edib ki, statistik məlumata görə, ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Hazırda ölkədə 26 min 716 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!

Həkim- ekspert Ə. Abbasquliyev bildirib ki, narkotik insan cəmiyyətinin mənəvi və əxlaqı dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir . Öz ailəni və dostlarını narkomaniyadan qoru!
Çıxış edən məruzəçilər idmançıları sağlam həyat tərzini seçməyə çağırıb və idmançılardan ibarət qrup idman hərəkətləri nümayiş etdiriblər. Tədbir boyunca cəmiyyətin idmançıları tərəfindən tütün çəkmə ,QİÇS və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən fəsadlardan söhbət açıblar. Eləcə də idmançıların suallarını cavablandıraraq tövsiyələrini çatdırıblar.

Tədbirin sonunda MKF–nın Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə İB-nin sədri ,GVB-nin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi karate üzrə əməkdar məşqçi R. Məmmədov, Azərbaycan MKF-nın mərkəzi karate məktəbinin aparıcı məşqçisi A. Allahverdiyev, Azərbaycan Avrasiya Universitetinin tələbəsi, birliyin KİV üzrə koordinatoru A. Talıbova və digərləri yeniyetmə və gənclərdə milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, pis vərdişlərə qarşı təbliği, təşkilatçılıq fəaliyyətinə görə birlik tərəfindən fəxri diplom, H. Əliyevin şəkli əksi olunmuş döş nişanı ilə təltif olunub.

Tədbirdə idmanda fərqlənən bir qrup idmançılara təsvirli köynəklər paylanıb. Klublar arası keçirilən karate idman yarışında MKF idmançıları 1-ci, Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə idman klubun un idmançıları 2-ci yerin qalibi olublar, qaliblərə Fəxri diplom və mükafatlar təqdim olunub.

Hamlet
Baxışlar: 480 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024