Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində Nərimanov rayonundakı “ŞUA” İdman Sağlamlıq Kompleksində “Gənclərin fiziki və hərbi-tədbiqi təlimin fizioloji əsasları və hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunlarının rolu” mövzusunda elmi praktik konfrans və təlim keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N. Qacayev icra olunan layihənin mahiyyətindən söhbət açıb.
Layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirib ki, bu kimi təlim və seminarların, görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri hərbi qulluğa hazırlanmaqdan ibarətdir. M. Əliyev onu da bildirib ki, son zamanlar sürücülük vəsiqəsi olmadan yeniyetmə və gənclərin nəqliyyat vasitələrini idarə etməsi yol-qəza hadisələrinin törədilməsinə gətirib çıxarır ki, bu da çox hallarda onların ölümünə səbəb olur: “Bu sahədə də məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. GVB –nin İdarə Heyətinin Qərarı ilə yaradılmış təbliğat və təşviqat komitəsi gənclər arasında ali təhsil müəssisələrində, ictimai yerlərdə maarifləndirmə işlərini uğurla aparır.
Ənənəvi karate federasiyasının vitse-prezidenti, GVB-nin fəxri üzvü Z. Kazımov, Milli Karate Federasiyasının baş katibi C. Seyidov, GVB-nin Lənkəran şəhər yerli şöbəsinin sədr müavini N. Qafarova , “Budakan” karate idman klubunun prezidenti, əməkdar məşqçi Ş. Xudaverdiyev və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu yönümlü layihələrə yüksək qiymət verməsi günün ən vacib məsələlərindəndir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin məsul işçisi M. Nəsibov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi F. Qəhrəmanov, ADBTİA-nın tələbələri, QHT-lərin, KİV-lərin, İdman federasiyası və cəmiyyətlərinin nümayəndələri, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.
Hamlet
http://qhtxeber.az/news/a-32777.html
|