Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Mart » 27 » Şuranın dəstəyi ilə “Dövlətçiliyin təbliğində gənclərin rolu və milli – mənəvi dəyərlər”
14:12
Şuranın dəstəyi ilə “Dövlətçiliyin təbliğində gənclərin rolu və milli – mənəvi dəyərlər”

Şuranın dəstəyi ilə “Dövlətçiliyin təbliğində gənclərin rolu və milli – mənəvi dəyərlər”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Gənc Vətənpərvərlər Birliyinin Şirvan şəhəri üzrə yerli şöbəsi Şirvan şəhər Heydər Əliyev mərkəzində “Dövlətçiliyin təbliğində gənclərin rolu və milli-mənəvi dəyərlər” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.

qhtxeber.az-ın məlumatına görə, tədbiri GVB –nin Şirvan şəhər yerli şöbəsinin müdiri, layihə üzrə təşkilat komitəsinin üzvü Nizami Cəfərov açaraq layihənin məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, Azərbaycan gəncliyi vətənpərvərlik əqidəsinə və humanizm hissinə malikdir. “Gənclər arasında dövlət və dövlətçiliyimizin, dövlət rəmzlərimizin və milli - mənəvi dəyərlərimizin daim təbliğinə ehtiyac var” deyən N.Cəfərov onu da qeyd edib ki, bu dövlətdə gəncliyin öz yeri var: “Dövlət Azərbaycan gəncinə etibar edir, taleyüklü məsələlərin həllində onun iştirakını təmin edir. Prezident İlham Əliyev gənclərin potensial gücünə, Azərbaycan dövlətinə bağlılıqlarına böyük önəm verir”.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində yeniyetmə və gənclərdə, milli mənəvi dəyərlərimizi, dövlət atributlarını təbliğ edib yaymaq olduqca vacibdir və bu istiqamətdə işlər görülməlidir.

Hamlet

http://qhtxeber.az/news/a-31926.html

Baxışlar: 519 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024