Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 18 » Şuranın dəstəklədiyi layihə uğurla davam edir
09:45
Şuranın dəstəklədiyi layihə uğurla davam edir
Şuranın dəstəklədiyi layihə uğurla davam edir

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı “devizi ilə tədbirlərin təşkili ” adlı layihə çərçivəsində AMKF-nin Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə İB ilə birgə Sumqayıt şəhər “TEYD” İdman Sağlamlıq Kompleksində “Narkotiklərdən əl çəkək” ,”Gələcəyimizi qoruyaq,”Uşaq cinayətkarlığına və narkomaniyaya qarşı mübarizə” devizi altında elmi nəzəri praktik konfrans və karate üzrə idman yarışı keçirilib.
Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb və layihə çərçivəsində keçirilən tədbirlərdə onun mahiyyətindən danışıb. Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M.Əliyev onu da qeyd edib ki, statistik məlumata görə, ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Hazırda ölkədə 28 min 555 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!

Həkim- ekspert Ə. Abbasquliyev bildirib ki, narkotik insan cəmiyyətinin mənəvi və əxlaqı dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir . Öz ailəni və dostlarını narkomaniyadan qoru!
Çıxış edən məruzəçilər idmançıları sağlam həyat tərzini seçməyə çağırıb və idmançılardan ibarət qrup idman hərəkətləri nümayiş etdiriblər. Tədbir boyunca cəmiyyətin idmançıları tərəfindən tütün çəkmə ,QİÇS və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən fəsadlardan söhbət açıblar. Eləcə də idmançıların suallarını cavablandıraraq tövsiyələrini çatdırıblar.
Tədbirdə DİN-nin Sumqayıt şəhər İdman Cəmiyyətinin nümayəndəsi F.Əliyev,Sumqayıt şəhər Çido üzrə baş məşqçi Z, Rəcəbli, Sumqayıt şəhər Böyük Müharibə Veteranlar birliyinin nümayəndəsi, polis təqaüdçüsü R. Allahverdiyev, VKF üzrə baş məşqçi R. Məmmədov, Milli Karate Federasiyasının Sumqayıt şəhər üzrə şöbənin sədri A. Kərimov ,”TOĞRUL” əlbəyaxa döyüş növləri üzrə təkmübarizlik sənəti klubun prezidenti R.İbrahimov və digərləri layihənin vacibliyindən və gənclərin narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün onları idmanın bir növü ilə məşğul olmağı tövsiyə ediblər.
Tədbirdə idmanda fərqlənən bir qrup idmançılara təsvirli köynəklər paylanıb. Klublar arası keçirilən karate idman yarışında MKF idmançıları 1-ci, Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə idman klubun un idmançıları 2-ci yerin qalibi olublar, qaliblərə Fəxri
Diplom və çükafatlar təqdim olumub.
Tədbirdə ” Bakı-2015” 1-ci Avropa Oyunlarının karate üzrə Avropa çempionları R. Ağayev, F. Fərzəliyev ,Sumqayıt şəhərinin idman ictimaiyyətinin nümayəndələri, İdman veteranları, Böyük Müharibə Veteranlarının nümayəndələri, Federasiya məşqçiləri və QHT nümayəndələri iştirak ediblər.
Baxışlar: 287 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2019