qhtxeber.az-ın məlumatına görə, konfransda çıxış edən layihənin rəhbəri, ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi, IV dan qara kəmər ustası Muğam Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könüllülərin fəaliyyətindən söhbət açıb. M. Əliyev xüsusi olaraq qeyd edib ki,layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq idman tədbirlərinin keçirilməsinə üstünlük veriləcək.
MKF-nın prezidenti Y. Bəşirov qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qurur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyyə, milli və döyüş ruhunda hazırlanması ən vacib məsələlərdən biridir.
Həkim psixoloq Ə. Abbasquliyev bu yönlü layihələrin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirib. O, əlavə edib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir.
Tədbirdə digər çıxış edənlər də layihənin vacibliyindən, gənclər arasında psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib və karate üzrə texniki seminara start verilib.
Hamlet