Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Mart » 20 » Sizi baharın gelişi, tebitin oyanışı, sülh ve eminamanlıq remzi olan Novruz bayramı münasibetile tebrik edirik!
09:06
Sizi baharın gelişi, tebitin oyanışı, sülh ve eminamanlıq remzi olan Novruz bayramı münasibetile tebrik edirik!
Sizi baharın gelişi, tebitin oyanışı, sülh ve eminamanlıq remzi olan Novruz bayramı münasibetile tebrik edirik!

Novruz tebietin oyanışı, dünyanın gencleşmesi ve baharın gelişidir. Ne gözel olar ki, dünyanın teravetlenmesi ile beraber insanın üreyi, canı teravetlensin ve fikir ve arzuları da yenilensin. Ürek ve can Allahı zikr etmekle, Xaliqden kömek istemekle, bütün bacı ve qardaşların, bütün beşeriyyetin firavanlığını istemekle teravetlenir.
Düyada beynelxalq “Sülh medeniyyeti” günü
Novruz bir bayram olaraq dünya xalqları terefinden qeyd olunmalı ve daima yaşamalıdır. Ona göre ki, bu bayramda iştirak edenlerin hamısı ve ya bütün insanlar ondan faydalanır ve heç kese zerer deymir. Sanki, bu bayramda Allahın bütün yaratdıqları üçün xeyir, bereket, sağlamlıq ve xoşbextlik vardır.
Bilirik ki, beynelxalq alemde xalqların tefekkür ve qelblerini yaxınlaşdırmaq üçün Novruzun gözelliklerle zengin olan adet ve eneneleri mövcuddur. Novruz bayramının en gözel adetlerinden biri de qohum-qonşulara baş çekmek, cemiyyetin ferdleri arasında ülfet ve mehribanlıq hisslerinin güclendirilmesidir. Üreklerin sevinci, bir-birine güler üz göstermek, tebrik etmek ve xoşgeldin demek, insani münasibetleri yaxşılaşdırmaq ve heyat mühitinin yenileşdirilmesi çox yaxşı ve beyenilen enenelerdendir ki, xalqımız keçmişden bu güne kimi onu qoruyub saxlamışdır.
Novruz bayramının BMT terefinden “Beynelxalq Novruz günü ve dünyada sülh medeniyyeti” kimi tanınması bu heqiqetin göstericisidir. Bele ki, 2010-cu ilin fevral ayının axırlarında BMT-de qebul olunan qetnameye esasen Novruz bayramı “Beynelxalq Novruz günü ve dünyada sülh medeniyyeti” kimi tanındı.
Müqeddes dinimiz İslamda da Novruz ve onun ayinleri baresinde müxtelif revayetler mövcuddur ki, bu meqamın özü de bu günün çox mühüm bir gün olmasına delalet edir. Diger terefden dinimiz ilin tehvil olunma anında namaz qılmağa, zikr ve dua etmeye böyük önem verir.
Novruz bayramının bezi ayinleri vardır : ev temizlemek, gözel geyinmek, bayramlaşmaq, küsülüleri barışdırmaq, ağsaqqal ve ağbirçeklerimizi ziyaret etmek ve s.
Novruz ümumen xalq bayramı, el bayramıdır.
Bayramınız mübarek!

Natiq Qaçayev

Genc Vetenperverler Birliyinin Şöbe Müdiri
Baxışlar: 2435 | Əlavə etdi: GVB | Reytinq: 1.8/5
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019