Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » May » 28 » Respublika Günümüz mübarek...
12:31
Respublika Günümüz mübarek...
Şerqde ilk demokratik, hüquqi, dünyevi dövlet yaratmağımızdan 93 il keçir

Azerbaycanda 28 May - Respublika Günü qeyd olunur. Azerbaycan Xalq Cümhuriyyeti 93 il evvel, mayın 28-de elan olunub. Mayın 28-de Tiflisde keçmiş Qafqaz canişininin iqametgahında Milli Şurasının iclası keçirilib. Uzun ve herterefli müzakirelerden sonra Mehemmed Emin Resulzadenin rehberlik etdiyi Milli Şura Azerbaycanın istiqlaliyyeti haqqında Beyanname qebul edir. Osmanlı dövleti ilk olaraq, iyunun 4-de Cümhuriyyetinin müsteqilliyini resmen tanıyır ve Azerbaycan hökumetinin hakimiyyetinin ölke erazisinde berqerar olması, Azerbaycan türklerine qarşı ermeni-bolşevik birleşmelerinin töretdiyi qırğınların dayandırılması üçün herbi yardım edir.
18 gün Tiflisde fealiyyet gösterdikden sonra iyunun 16-da Milli Şura Genceye köçür. Bakının Stepan Şaumyanın rehberlik etdiyi Xalq Komissarları Şurasından azad etmek istiqametinde hazırlıq başlanılır. Nuru Paşanın rehberlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il iyulun 27-de Göyçay etrafındakı döyüşde bolşevik qüvvelerini darmadağın edir. Stepan Şaumyanın rehberlik etdiyi Xalq Komissarları Şurası istefa verse de, Bakıda Kaspi diktaturası yaradılır. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-de Bakıya daxil olur ve Azerbaycan milli hökumeti bütün Azerbaycanda siyasi hakimiyyeti ele alır. Bakı paytaxtı elan olunur. 1918-ci ilin dekabrın 7-de Azerbaycan parlamentine seçkiler keçirilir. Azerbaycan parlamentli respublika elan edilir. 1918-ci il noyabrın 9-da Azerbaycan hökumeti Azerbaycanın milli bayrağını tesdiq edir. Azerbaycanın milli bayrağı mavi, qırmızı ve yaşıl rengli parçadan hazırlanaraq, üzerinde aypara ve sekkiz guşeli ulduz tesvir edilir.

Cemi 23 ay ömür sürmüş Azerbaycan Xalq Cümhuriyyeti Şerqde ilk demokratik, hüquqi ve dünyevi dövletdir. Azerbaycan Xalq Cümhuriyyeti tek Şerqde deyil, bir çox Avropa ölkesinden bele önce qadınların seçki hüququnu tanıyıb, demokratik seçkiler keçirib, qısa müddetde 40 minlik ordu formalaşdırıb, milli valyuta tedavüle buraxıb.

Azerbaycan Xalq Cümhuriyyeti 1920-ci il aprelin 28-de bolşeviklerin XI ordusunun işğalı neticesinde süquta uğrayıb. Ancaq Mehemmedin Emin Resulzadenin dediyi kimi, “Bir kere yükselen bayraq bir daha enmeyib”.
Azerbaycan 1991-ci il oktyabrın 18-de müsteqilliyini yeniden berpa edib ve Azerbaycan Respublikası özünü Azerbaycan özünü Xalq Cümhuriyyetinin varisi elan edib.
Baxışlar: 535 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2011  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019