Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » İyun » 13 » Qurtuluş gününə həsr olunmuş 15 iyun Milli Qurtuluş gununə həsr olunmuş “Milli Qurtuluş və H.Əliyevin tarixi keçirib
09:37
Qurtuluş gününə həsr olunmuş 15 iyun Milli Qurtuluş gununə həsr olunmuş “Milli Qurtuluş və H.Əliyevin tarixi keçirib
Qurtuluş gününə həsr olunmuş tədbir keçirib

Gənc Vətənpərvərlər Ictimai Birliyi 15 iyun Milli Qurtuluş gununə həsr olunmuş “Milli Qurtuluş və H.Əliyevin tarixi ” mövzusunda elmi praktik konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan GVİB-nin sədri Muğamat Əliyev
Milli Qurtuluş günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra o, çıxış edərək "Azərbaycan tarixinin 1990-93-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalıb. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat cütlüyü məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, xalqın yeganə xilaskarı Heydər Əliyev zəkası idi” fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Azadlıq və müstəqillik yolunda minlərlə şəhid verildiyini xatırladan M. Əliyev qüdrətli dövlət olmayan yerdə azadlıq və müstəqilliyin də ola bilməyəcəyini qeyd edib: "Ulu öndərimiz Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha olduqca ağır bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir”. Natiq daha sonra hər bir gəncin dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin həyat və yaradıcılığını, idarəçilik formalarını, idelogiyasını bilmələrinin vacibliyindən danışıb və bu sahədə təbliğatın gücləndirilməsini tövsiyə edib.
GVİB-n Fəxri üzvü Faxrəddin Əliyev çıxışında müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayaraq qeyd edib ki, onu qoruyub yaşatmaq hər bir azərbaycanlının borcudur.
Tədbirdə "ŞUA"İSK təsisçisi Z.Kazımov ,GİN-n təmsilçisi M.Nəsibov GVİB BƏŞ-nin müdiri Nuru Quliyev , tarix müəllimi S. Əzizov və başqaları çıxış edərək dövlətimizin qazandığı bütün uğurların ulu öndər Heydər Əliyevin zəkası, müdrikliyi, uzaqgörənliyi sayəsində əldə edilməsindən ətraflı danışaraq diskussiyalar aparıblar. Həmçinin H. Əliyev haqqında sənədli filim nümayiş olunub.
Tədbirdə , GVİB-nin İdarə Heyətinin üzvləri, könüllülər, ictimaiyyətin nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər.
GVİB -n KİV üzrə şöbəsi
Baxışlar: 24 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2019  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2019