Gənc Vətənpərvərlər Birliyi Qurban bayramı münasibəti ilə tədbir keçirib.
Tədbirdə Birliyin İdarə heyəti, üzv olan təşkilatların nümayəndələri, idman veteranları, Qarabağ müharibə veteranları və digər dəyərli qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Birlik sədri Muğan Əliyev tədbir iştirakçılarını Qurban bayramı münasibəti ilə təbrik etdikdən sonra bildirib ki, Qurban bayramını Azərbaycanda hər il böyük fərəh hissi ilə qeyd edilməsi ənənəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu bayramı dövlət tərəfindən yüksək səviyyədə keçirilməsi İlham Əliyev tərəfindən davam etdirilir: “Qurban mərasimi insanları sülh və əmin – amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevirir. Ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir. GVB də hər il olduğu kimi bu il də imkan dairəsində xeyriyyəçi tədbirə qoşularaq silsilə tədbirləri həyata keçirib”.
Tədbirin sonunda imkansız ailələrə, şəhid ailələrinə, idman veteranlarına və digər şəxslərə Qurban əti paylanıb.
Hamlet
http://qhtxeber.az/news/a-36970.html
|