Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Sentyabr » 23 » Qurban bayramı İslamın bir din kimi"
12:22
Qurban bayramı İslamın bir din kimi"
Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərin təşkili” adlı layihə çərçivəsində Qurban bayramı münasibətilə BMM “Qurban bayramı İslamın bir din kimi" və “Zərərli vərdişlərin narkomaniyanın qarşısının alınmasında idman əhəmiyyəti”," mövzusunda tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi M. Zaidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatın İdarə heyətin üzvləri N. Kərimov, N. Muğanlı, üzv olan təşkilatların nümayəndələri və digər dəyərli qonaqlar iştirak etmişdi. GVB-n sədri Ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Azərbaycan xalqını səngərdə duran əskər və zabitləri Qurban bayramı münasibəti ilə təbrik etdi və o qeyd edərək bildirdi ki, Qurban bayramını Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunmasın Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu bayramı Dövlət tərəfindən yüksək səviyyədə keçirilməsini Respublika Prezidenti Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilir deyən Əliyev onu da qeyd etdi ki, Qurban mərasimi insanları sülh və əmin amanlıq yoluna dəvət edir cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevirir ölkəmizdə geniş xeyrəclik tədbirləri həyata keçirilir. GVB-i də hər il olduğu kimi bu ildə QHT Şurasının maliyyə dəstəyi ilə bu xeyrəci tədbirə qoşularaq sil silə tədbirləri həyata keçirdiyindən söhbət acdı
Layihə köməkçisi N. Qacayev bildirdi ki, Layihənin vəzifəsi gənclər arasında sağlam həyat tərzini təbliğ edərək yerli ictimai təşkilatlar və kütləvi informasiya vasitələri tərəfindən narkotiklərin zərərliyinə və QİÇS-lə bağlı maarifçiliyin aparılmasına diqqətin artırılmasına nail olmaqdır. YAP Xətai rayon təşkilatının İdarə heyətin üzvü N .Kərimov Qurban bayramı haqqında məlumat verərək bildirdi ki, fədakarlığın bir nümunəsi olan bu dəyərlərin paylaşılması cəmiyyətin mənəvi tərbiyəsi üçün olduqca əhəmiyyətlidir: “Bu bayram insanlar arasında yardımlaşmanı, səmimiyyəti artırmaqla bərabər, insanlarda fədakarlıq ruhunu tərbiyə edir, Qurban bayramının əsas mahiyyəti də elə budur ki, insan onu bu dünyaya zəncirləyən bağları, nəfsi, istəklərini qırmağı bacarsın və nəfs üzərində qələbəsini bayramla qeyd etsin”, deyən N. Kərimov onu da bildirdi ki, narkomaniya və pis vərdişlərə qarşı hamı vahid cəbhədə birləşib ”ağ ölüm” lə mübarizəyə qalxmalıdır. DİN –n İdman Cəmiyyətində birliyin səlahiyyətli nümayəndəsi E. Xudaverdiyev qeyd etdi ki, bu yönlü layihələrin idman cəmiyyətlərində, Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində gənclər arasında narkomaniya , Qazanılmış Immun çatışmazlığı sindromu (QİÇS )və pis vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirdi.
Çıxış edən nümayəndələr və məşqci müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar. Tədbir DİN-n İdman Cəmiyyətinin idman bölmələrində davam etdirilib və tehniki semnar və idman yarışlarına start verilib. Tədbirin sonunda İmkansız ailələrə, şəhid ailələrinə ,idman veteranlarına və digər şəxslərə İctimai Birliyinin Qurban bayramı münasibəti ilə hazırladığı sovqatları və Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici buklet və informasiya materialları, H. Əliyevin şəkili olan döş nişanı paylanılıb. Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub.
Layihə çərçivəsində İdman tədbirləri 24-25 sentyabr tarixinə kimi davam etdiriləcək

GVB –n KİV iş şöbəsi
Baxışlar: 530 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024