Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Sentyabr » 3 » QHT YENI LAYHİYƏYƏ START VERDİ
13:23
QHT YENI LAYHİYƏYƏ START VERDİ
QHT YENI LAYHİYƏYƏ START VERDİ

Gənc Vətənpərvərlər Birliyi (GVB) BMM-ə Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə”devizi altında kütləvi idman tədbirlərin təşkili” adlı layihəyə start verdi. Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev icra olunan layihənin mahiyyətindən söhbət acdı. O qeyd etdi ki, icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 22 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir Layihə rəhbəri M.Əliyev bildirib ki, layihə 3 ay müddətində 1.09.2015-ci il tarixdən 1 dekabr 2015-ci il tarixədək Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə rayonlarında həyata keçiriləcək. Keçiriləcək tədbirlərdə aşağıdakı mövzular müzakirə olunacaq :
1.Gənclərin sağlam həyat tərzi secir”Narkotiklərə yox deyək”əsas metodlardan biri onlarda fiziki, psixoloji hazırlıq işinin artırılması mövzusunda semnarlar.
2Gənclər bizim gələcəyimizdir gəlin onları zərərli vərdişlərdən qoruyaq.
3Sağlam həyat,sağlam ailə və mənəvi dəyərlər mövzusunda təbliğat işinin gücləndirilməsi və marifcilik fəaliyyətinin genişləndirilməsində gənclərin rolu.
4.Gənclər narkotiklərə qarşı və mənəvi sağlamlığının artırılması keyfiyyətlərinin aşılanması.
5.Kütləvi bədən tərbiyəsinin təbliği və narkomaniyanın ziyanlı nəticələri.
6Məktəblərdə fiziki hazırlıq vastəsilə anti narkomaniyaya qarşı təşəbbüslər.
7.İdman və antinarkomaniya əleyhinə və narkotiklərə qarşı işinin gücləndirilməsi və marifcilik fəaliyyətinin gücləndirilməsində gənclərin rolu.
8.Bakı şəhəri və ətraf rayonlarının bir çox orta məktəblərində 500 nəfər yuxarı sinif şagirləri,həmçinin yeniyetmə və gənclər narkomanlıq,İİV/QİÇS və cinsi yolla yoluxan infeksiyalara dair maarifləndirəcək.
9.Bakı ,Şirvan,Lənkəran və Gəncə şəhərlərinin tədbir keçirilən hər orta məktəbində 20 nəfər müəllim norkamanlıq,İİV/QİÇS və cinsi yolla yoluxan infeksiyalara dair təlimlər vastəsi ilə maarifləndiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan eyni zamanda pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində ,əyləncə mərkəzlərində , idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.

Tədbirdə ,QHT, KİV-n, , Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.
Baxışlar: 456 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024