Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, təlimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər.
qhtxeber.az-ın məlumatına görə, iclasda Bakı, Sumqayıt, Gəncə, Bərdə, Beyləqan və Şəmkirdə yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin GVB tərəfindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı da təsdiq olunub.
Tədbirlərin Bakı, Gəncə, Şəmkir, Şirvan, Bərdə, Mingəçevir və Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.
Qeyd edək ki, silsilə tədbirlərə fevralın16-dan start veriləcək və yekunda müxtəlif beynəlxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq.Keçiriləcək tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
|