Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » May » 8 » GVB Şuranın maliyyə dəstəyilə həyata keçirdiyi layihəni başa çatdırdı
16:55
GVB Şuranın maliyyə dəstəyilə həyata keçirdiyi layihəni başa çatdırdı

 Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib.

qhtxeber.az-ın məlumatına görə, konfransı giriş sözü ilə acan GVB-nin KİV üzrə koordinatoru P. Səfərov layihə barəsində görülən işlər barəsində ətraflı məlumat verib. O, qeyd edib ki, 2014-cü ilin fevralın 12-dən mayın 8-dək davam edən layihə çərçivəsində bir çox konfrans, Dəyirmi masa və idman tədbirləri keçirməklə yanaşı, vətənpərvərlik mövzusunda milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı könüllülər tərəfindən respondentlər arasında sosioloji sorğular keçirilib.

Layihənin rəhbəri M. Əliyev 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğalından danışıb və qeyd edib ki, orada ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

Qeyd edib ki, Şuşa Azərbaycanın –Qarabağın tacıdır. O tac Azərbaycan xalqının zəhməti ilə yaradılıb və Azərbaycan dövlətinin, xalqının iradəsi ilə öz halal sahiblərinə geri dönəcək.

Layihə üzrə koordinator N. Qaçayev bildirib ki, layihə çərçivəsində yeniyetmə və gənclərə vətənpərvərlik və sağlam həyat barədə geniş məlumat verilib, onların istək və arzuları, fikirləri öyrənilib: “Bu layihənin davamlı təsirləri ölkədə vətənpərvərlik , əzmkarlıq, fiziki hazırlıq və bu kimi üstün keyfiyyətlərin davam etməyi üçün keçirilən təlim və Dəyirmi masalar layihə başa çatdıqdan sonra da öz töhfəsini verəcək”.

Konfrans diskussiya şəraitində başa çatıb və KİV tərəfindən verilən suallar cavablandırılıb.

Hamlet

http://qhtxeber.az/news/a-33492.html

Baxışlar: 503 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2014  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024