Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbir Azərbaycanın himni ilə başlanıb. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı filmə baxılıb.
Layihə üzrə təşkilat komitəsinin üzvü G. Salmanova bildirib ki, Azərbaycan böyük şəxsiyyətlər, müdrik insanlar, qəhrəman sərkərdələr beşiyidir: “Xalqımızın müdrik oğlu, tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev də məhz belə fenomenal şəxsiyyətdir. Sabahkı günü düşünürüksə, hadisələri təhlil edib düzgün nəticə çıxarmaq üçün Heydər Əliyev müdrikliyini öyrənməliyik”.
10 saylı tam orta məktəbin direktoru L. Məmmədova bildirib ki, Ulu Öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycançılıq nümunəsidir. Çalışdığımız hər hansı bir işdə nailiyyət əldə etmək istəyiriksə , Heydər Əliyev təşəbbüskarlığından, onun vətənpərvərliyindən öyrənməliyik.
Nizami rayon 129 saylı tam orta məktəbin direktoru Samir Mehdizadə Ulu Öndərin dövlət quruculuğu yolunda apardığı siyasətdən danışıb. Ulu Öndərin söylədiyi “Hər bir insan üçün milli mənsubiyyəti onun qürür mənbəyidir. Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirlərini xatırladan S. Mehdizadə əlavə edib ki, biz hamımız Ulu Öndər kimi fəxr edirik ki, Azərbaycanın övladlarıyıq. Doğma vətənin tərəqqisində övladlıq borcumuzu ləyaqətlə yerinə yetirmək üçün öz əzmkarlığımızı göstərməliyik.
Tədbirdə digər çıxış edənlər də Ulu öndərin həyat və fəaliyyətindən danışıblar.
Sonra Ümummilli Liderə həsr olunmuş şerlər dinlənib, diskussiyalar aparılıb.
Hamlet
http://qhtxeber.az/news/a-33339.html
|