Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Noyabr » 3 » QHT sədri Qurban bayramı münasibətilə həmkarlarını təbrik etdi
22:04
QHT sədri Qurban bayramı münasibətilə həmkarlarını təbrik etdi
"Azərbaycan xalqını, bütün QHT sektorunu, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının kollektivini qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firavanlıq, sülh və əmin-amanlıq arzu edirəm". Bu sözlər Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyevin təbrik çıxışından götürülmüşdür. Təbrik çıxışında Qurban bayramının savabları barədə qeyd olunur. Bildirilir ki, bu bayram İslamın ədalət, mərhəmət, doğmalara qayğı kimi mənəvi dəyərlərini bir daha bizə xatırladır. Qurban bayramı İnsanı öz yaradanına yaxın edir, İslamın xeyirxahlıq, vətənə məhəbbət, xeyir-bərəkət kimi yüksək mənəvi keyfiyyətlərini bəxş edir.
"Məhz öz yaxınlarına, qaçqın və köçkünlərə, maddi sıxıntı içində olan kimsəsizlərə qayğı göstərmək bu bayramı daha da mənalandırır, bizə ruhi saflığımızı qorumağa və inamımızı möhkəmləndirməyə kömək edir" – deyə QHT sədri təbrikdə vurğulayıb.
M.Əliyev qeyd edib ki, hər il olduğu kimi bu ildə GVB-nin təşəbüsü ilə qurban kəsilərək kimsəsiz ailələrə, tənha yaşayanlara və idmançı veteranlara paylanacaq, bayram sürfəsi açılacaq.
Baxışlar: 591 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024