Xəbərlər 07.03.2024 10:24 50 QHT sədri qadınlarımızı təbrik edib
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edib, cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.
QHT. az - a bildirib ki, qadınlar başımızın tacıdır, anamız, həyat yoldaşımız, bacımız bir almanın digər yarısıdır: "Onları incitməyək, yalnız bir gün yox, hər gün ruhumuz Qadınlara hörmət etməlidir. Dövlət Statistika Komitesinin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulmuş 152,1 min körpenin 46 faizini qızlar təşkil edib. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişiler arasında gözlenilen ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Son bələdiyyə seçkisində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub. Bütün xanımları bu gün münasibətilə səmimi qəlbdən təbrik edirik".
|