Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Mart » 19 » QHT Nizami rayon 10 saylı tam orta məktəbdə Novruz bayramı qeyd edib
10:22
QHT Nizami rayon 10 saylı tam orta məktəbdə Novruz bayramı qeyd edib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvəriik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəblə birgə Novruz bayramı ilə bağlı tədbir keçirib . layihə üzrə təşkilat komitəsinin üzvü 10 saylı tam orta məktəbdə dayaq mərkəzin sədri A. Hüseyinova layihənin mahiyyətindən və bu layihədən çox saylı gənclərin faydalanmasından söhbət açıb .
Məktəbin direktoru Leyla xanım Məmmədova bayram münasibəti ilə şagird və məktəb kollektivini təbrik etdi. Novruz bayraminın çox esirlik tarixə malik olduğunu və bayramın müxtəlif mərasim ,oyun və şənliklərlə qeyd olunduğunu şagirdlərin diqqətinə çatdırdı. Tədbirdə digər çıxış edənlər Novruz bayramı ilə bağlı fikirlərini bildirməklə yanaşı, layihənin vacibliyindən, gənclər arasında vətənpərvərlik, milli-mənəvi dəyərlər, adəd ənənələr və təbliğat ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar.

Sonra tədbir şagirdlərin hazırladiğı səhnəciklərlə davam etdi. Şagirdlərin ifasında Novruza aid nəğmələr ,şerlər, bayatılar və milli rəqslər ifa olundu.
Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib . Tədbirin sonunda vətənpərvərlik mövzusunda maarifləndirici rəngli buklet və bir qrup fəal gənclərə Ulu Öndər Heydər Əliyevin əksi olunmuş döş nişanı paylandı


GVB KİV İş Şöbəsi

Baxışlar: 353 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019