QHT layihəyə start verdi
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə " “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarəfləndirilməsi üçün tədbirlərinin keçirilməsi”” adlı layihəyə start verdi . GVB-yi layihənin icrasının başlanması ilə bağlı mətubat konfrans kecirilib İclasda GVB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər. Konfransı giriş sözü ilə acan layihə rəhbəri M. Əliyev acaraq gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki ,layihənin icra olunması ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 10 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir. Layihə rəhbəri M.Əiyev bildirdi ki, icra olunan layihə 15 aprel 2018-ci il tarixindən 15 iyul 2018-cı il tarixə kimidir Qeyd edək ki, layihənin əsas məqsədi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaq, onların dövriyyəsini, satışını və yayılmasının məhdudlaşdırmaq üçün qanunvericiyliyin sərtləşdirilməsi üçün təkliflərin hazırlanmasını, gənclər arasında fiziki-mənəvi hazırlıq vətənpərvərlik ruhunun qaldırılması ilə bağlı, torpağa, təbiətə, keçmişə, bu günə, gələcəyə, dövlətçiliyə və tarixi milli-mənəvi və əxlaqı dəyərlərinə ehtiramla yanaşmaları sahəsində məqsədyönlü keyfiyyətlərin əhali arasında təşviq etməkdən ibarətdir. Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər əhali arasında paylanılacaq. . GVB-n mətubat və informasiya şöbəsi
|