Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 16 » GVB I rübü dəyərləndirdi
15:18
GVB I rübü dəyərləndirdi

I rübün yekunu ilə bağlı Gənc Vətənpərvərlər Birliyi İdarə heyətinin iclası keçirilib.

qhtxeber.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri R. Hacıyeva I rübdə görülən işlər barəsində hesabat verib.

Sonra GVB sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” layihəsindən söhbət açıb. Bildirib ki, layihə müddətində hal -hazıra kimi gənclər arasında milli hərbi vətənpərvərlik, narkomaniya, zərərli vərdişlərdən qorunmanın üsulları tətbiqi, milli-mənəvi dəyərlər, sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işlərinin uğurla aparılmasından, eyni zamanda müxtəlif idman yarışlarının, könüllü sosioloji sorğuların icra planına uyğun olaraq keçirilməsini nəzərə çatdırıb.

Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVB sədrinin təklifi ilə Lənkəran rayon yerli şöbəsinə Humanitar və mədəniyyət üzrə şöbə müdirinin müavini Nigar Qafarova, Nizami rayon 10 saylı tam orta məktəbdə dayaq mərkəzinin sədri vəzifəsinə isə Aidə Vəliyeva sədr təyin olunublar.

İclasda cari məsələlər də müzakirə olunmuş və II rübdə görüləcək işlər, Ümummilli liderimiz Heydər Əliyevin 91 illk yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiq olunub və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb

http://qhtxeber.az/news/a-32635.html.

Baxışlar: 459 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024