Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə heyətinin II rübün yekunu ilə bağlı iclası keçirilib.
Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, iclası giriş sözü ilə açan birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
MNTK sədri R. Hacıyeva II rübdə görülən işlər barəsində hesabat verib.Sonra GVB sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi" adlı layihənin mart – aprel - may 2014-cü ildə uğurla həyata keçirilməsindən söhbət açıb. Bildirib ki, layihə müddətində gənclər arasında milli hərbi vətənpərvərlik , narkomaniya, zərərli vərdişlərdən qorunmanın üsulları tətbiqi, milli-mənəvi dəyərlər, sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işləri uğurla aparılıb, eyni zamanda müxtəlif idman yarışları, könüllü sosioloji sorğular icra planına uyğun olaraq keçirilib. Sədr onu da əlavə edib ki, sözügedən layihədən çoxsaylı gənclər faydalanıb.
Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVB sədrinin təklifi ilə Tural Əliyev Şəmkir rayon yerli şöbəsinin sədri, Rəna Məmmədova isə sədrin iqtisadiyyat və humanitar məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunublar.
İclasda cari məsələlər də müzakirə olunub və III rübdə görüləcək işlər, GİN-in və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə icra olunan tədbirlər planı təsdiq olunub. İcra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb.
Hamlet
|