Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və idman Nazirliyinin dəstəyilə DİN-nin İdman Cəmiyyətində 2 fevral Azərbaycan gənclər gününə həsr olunmuş elmi praktik konfrans keçirib. Gənclərin təşkilatlanması baxımından 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasının əhəmiyyətli olduğunu deyən birlik sədri 1996-cı ildən Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən hər il fevralın 2-nin Gənclər günü kimi qeyd olunduğunu da diqqətə çatdırıb. Sonra M. Əliyev təşkilatın gənclər sahəsində gördüyü işlərdən söz açıb. Konfransda digər çıxış edənlər də ölkədə gənc nəslə göstərilən diqqət və onlara edilən maddi-mənəvi köməklikdən danışıblar. Konfrans başa çatdıqdan sonra görüşlər idman bölmələrində davam etdirilib. Hamlet
|