Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir , “Narkotikə yox” devizi altında gənclərin iştirakı ilə regionlarda avtoturun təşkili və idman tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibəti ilə “Azərbaycan bütün dünya Azərbaycanlılarının tarixi vətəni, doğma ata –baba ocağıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələr, üzv olan QHT-lər ,idman cəmiyyətlərinin, KİV və GVB nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan birliyin sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Ulu öndərin , və şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad etdikdən sonra, tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik etdi, onların işlərində yeni-yeni uğurlar arzuladı. İcra olunan Layihənin uğurla həyata keçirilməsindən və çox saylı gənclərin bu layihədən faydalanmasından eyni zamanda pis vərdişlərə qoşulan gəncləri bu vərdişlərdən ayıraraq idman bölmələrinə cəlb olmasından danışdı. Mövzu ilə bağlı geniş ətraflı söhbət acan Hüquq elmlər namizədi B.Nazıyev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyinə nail olan və ilk dəfə bir araya gətirən və 2001 -çi ildə Dünya Azərbaycanlıların birinci qurultayının keçirilməsinə nail olan məhs Ulu öndər Heydər Əliyev olmuşdur. Hal –hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlandırılması müdafiəsi ,milli –mənəvi dəyərlərinin qorunması , ictimai- siyasi fəalığının artırılması ,eləcədə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsini təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılması ,müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması ,lobbi quruculuğu istiqamətində görülmüş işlər barəsində danışdı.
Sonra sədr M.Əliyev onu da qeyd etdi ki, qələbəmiz tez bir zamanda həll olunacaq aparılan sülh danışıqları baş tutmasa Azərbaycanda dilindən dinindən ,mənsubiyyətindən asılı olmayan hər birimiz “SÜLH İSLƏYİRİKSƏ HƏRBİYƏ HAZIR OLMALIYIQ” bu qələbəmizi 2015-ci ilə inşalah Azərbaycanın ayrılmaz hissəsi olan Şuşada, Xankəndində qələbəmizi qeyd edəcəyik .Biz bir birlik olaraq buna inanırıq.
Tədbirdə idarə heyətin üzvləri ,GVB-n müşaviri N.Niftiyev, Jalə Tofiq qızı ,Yasamal rayon yerli şöbənin müdiri A .Quliyev, şöbə müdiri N.Qacayev , qarabağ veteranı S.Əliyev, jurnalist Ş. Azəri , tarixşunas A.Həmidov , fəxri üzv T.Əsədov vədigərləri çıxış etdilər.
Tədbirin sonunda GİN –n Gənclər təşkilatları ilə sektorun baş məsləhətcisi gənclər şöbəsinin R.Məmmədov,birliyin beynəxalq əlaqələr şöbəsinin müdiri N.Quliyev,fiziki hazırlıq şöbəsinin təlimatcısı karate-do üzrə 4-cü dan qara kəmər Hamlet Əliyev , və bir çox fəal gənclərə fəxri diplomlar, təşəkkür məktubları və Narkomaniya və QİÇS-ə bağlı maarifləndirici bukletlər tədbir iştirakçılarına paylandı. Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıl.
təqdim olundu .
Tədbirlər birliyin icra planına uyğun 29-30 dekabr tarixində Gəncədə ,Şəmkirdə Gənclər və İdman İdarələrin təşkilatçılığı ilə həyata keçiriləcək
|