Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » İyun » 18 » QHT Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib
13:12
QHT Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət-Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi” adlı layihə çərçivəsində Yasamal rayon Heydər Əliyev mərkəzi ilə birgə Qurtuluş gününə həsr olunmuş tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan GVB-nin sədri Muğamat Əliyev Milli Qurtuluş günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra o, çıxış edərək "Azərbaycan tarixinin 1990-93-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalıb. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat cütlüyü məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, xalqın yeganə xilaskarı Heydər Əliyev zəkası idi” fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Azadlıq və müstəqillik yolunda minlərlə şəhid verildiyini xatırladan M. Əliyev qüdrətli dövlət olmayan yerdə azadlıq və müstəqilliyin də ola bilməyəcəyini qeyd edib: "Ulu öndərimiz Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha olduqca ağır bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir”. Natiq daha sonra hər bir gəncin dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin həyat və yaradıcılığını, idarəçilik formalarını, idelogiyasını bilmələrinin vacibliyindən danışıb və bu sahədə təbliğatın gücləndirilməsini tövsiyə edib. Yasamal rayon Heydər Əliyev mərkəzinin baş elmi işcisi Cəmilə Məlikova çıxışında müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayaraq qeyd edib ki, onu qoruyub yaşatmaq hər bir azərbaycanlının borcudur. Tədbirdə Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri İradə Hüseynova, Moskvadakı "Azərbaycan diaspora” qəzetinin müxbiri ,”Ulu körpü” qəzetinin redaktoru Şukufə İsmayılzadə, GVB BƏŞ-nin müdiri Alnaz Səfərli, tarix müəllimi S. Əzizov və başqaları çıxış edərək dövlətimizin qazandığı bütün uğurların ulu öndər Heydər Əliyevin zəkası, müdrikliyi, uzaqgörənliyi sayəsində əldə edilməsindən ətraflı danışaraq diskussiyalar aparıblar. Həmçinin H. Əliyev haqqında sənədli filim nümayiş olunub.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətin İctimai - siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Heydər Əliyev Mərkəzinin kollektivi, GVB-nin bir qrup üzvü, layihə üzrə könüllülər, Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri,Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, ictimaiyyətin nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər.Konfransın sonunda H.Əliyevin şəkli əks olunmuş döş nişanı, rəngli buklet və broşuralar paylanıb.
Baxışlar: 489 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2013  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024