Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Fevral » 17 » Qaradağlı faciesinden 18 il ötür
13:13
Qaradağlı faciesinden 18 il ötür
Bu gün Qaradağlı faciesinden 18 il ötür. 1988-ci ilde Dağlıq Qarabağda ermeni separatçıları baş qaldırdığı andan Qaradağlı kendinin de facieli günleri başlandı. Kend ehalisi doğma yurdu, her qarışı, her daşı uğrunda mübaize apardı, 800-e yaxın sakinden 77 neferi ermenilere qarşı qeyri-beraber döyüşlerde şehid oldu.
1990-cı il noyabrın 24-de 3 nefer kend sakini Xocavend-Xankendi yolunun 6 kilometrliyinde ermeni quldurları terefinden vehşicesine qetle yetirildi. 1991-ci il yanvarın 9-da kende gelen UAZ markalı avtomaşın ermeniler terefinden ateşe tutuldu, bir nefer öldürüldü, 4 nefer yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını deyişdi. Ermeniler 1991-ci il martın 8-de kendin yaxınlığında 2 neferi vehşicesine qetle yetirdiler. Hemin il iyunun 28-de kendin 3 kilometrliyindeki fermada 6 sakin - 3 kişi ve 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-de Ağdamdan Qaradağlıya gelen sernişin avtobusu Xocavend-Xankendi yolunun 5-6 kilometrliyinde ermeni quldurları terefinden ateşe tutuldu. Avtobusdakı 40 nefere yaxın sernişinden 2 genc oğlan, 6 qadın qetle yetirildi. 1992-ci il yanvarın 8-de kendin yaxınlığında daha bir azerbaycanlı vehşicesine qetle yetirildi, 100-e yaxın qoyun ermeniler terefinden qenimet kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavend kendi, 1992-ci il fevralın 12-de ise Malıbeyli kendi işğal edilerek yandırıldı. Növbeti hedef Qaradağlı idi. Kendde veziyyet getdikce çetinleşir, facienin töredileceyi gün yaxınlaşırdı.
Fevral ayının 14-de ermeni quldurları xarici muzdluların, xüsusile Xankendide yerleşen sovet ordusunun 366-cı alayının texnikasından ve canlı qüvvesinden istifade etmekle elaqesi her terefden kesilmiş, kömeksiz qalan Qaradağlı kendine hücuma keçdiler. Kendde olan 104 sakin ve 14 esger sonuncu gülleye qeder 4 gün düşmenle mübarize apardı. Döyüşlerde biri qadın olmaqla 14 nefer helak oldu. Silah-sursatı tükenen soydaşlarımız sonda ermeniler terefinden esir götürüldüler ve onların növbeti meşeqqetleri başlandı.
Kendin Beylik bağı adlanan yerinde 23 sakin ermeni celladı terefinden güllelendi, ekseriyyeti yaralı halda diri-diri silos quyusuna tökülerek üstleri torpaqlandı. Esirlerin bir hissesi Qaradağlı-Xankendi yolu üzerinde yerleşen ermeni kendlerinde maşınlardan düşürüldü ve hamının gözü qarşısında güllelendi. İki nefer Zeki bulağında, 2 nefer Cemiyyet kendinde öldürüldü. Girovluqda olan 8 nefer kend sakini ermeniler terefinden ezab ve işgenceler verilerek amansızlıqla qetle yetirildi. Dörd nefer müxtelif dövrlerde şehid oldu. 5 neferin taleyi namelum qaldı. Xankendi ve Esgeranda 2 aydan artıq saxlanılan 54 neferden 15-i esirlikden qayıtdıqdan sonra ermenilerin verdikleri ağır işgence ve ezabların neticesi olaraq vefat etdi.
Belelikle, 1992-ci il fevralın 17-de Qaradağlı kendi ermeni silahlıları terefinden işğal olunaraq yandırıldı, sakinlerinin başına görünmemiş müsibetler getirildi. Kendde olan 104 nefer sakinden 54-ü, 14 nefer esgerden 12-si ezab ve işgencelerle öldürüldü, insanlar diri-diri torpağa basdırıldı. Öldürülenlerden 10-u qadın, 8-i uşaq idi. 2 ailenin her birinden 4 nefer şehid oldu, 42 aile başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal neticesinde Qaradağlı kendinde 200 ev, 1 medeniyyet evi, 320 şagird yerlik orta mekteb binası, 25 çarpayılıq xestexana binası ve diger obyektler dağıdıldı. Kendin 800 nefere yaxın sakini mecburi köçkün düşdü.
Baxışlar: 1103 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Yazıların arxivi
Design by UsiGroup  © 2019