Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Noyabr » 2 » Qarabağ müzakirelerinde insident baş verib
19:11
Qarabağ müzakirelerinde insident baş verib
Moskvada “İzvestiya” qezetinin redaksiyasında keçirilen “Dağlıq Qarabağ münaqişesi: sülhün yaranması üçün şeraitin yaradılması, Rusiyanın rolu” adlı deyirmi masada insident baş verib. Görüşün iştirakçısı olmuş Rusiya İslam Komitesinin sedri Heyder Camalın verdiyi melumata göre, insident separatçı rejiminin nümayendesinin görüşe qatılması ile bağlı olub: “Biz teleb etdik ki, o tedbirde Dağlıq Qarabağın temsilçisi kimi yox, bir ferd olaraq temsil olunsun. Lakin onun çıxışı siyasi beyanat olduğu üçün onu derhal deyirmi masa keçirilen mekandan uzaqlaşdırdılar”.
Müzakirelerde iştirak eden ermenilerin azerbaycanlılardan çox olduğunu deyen Heyder Camal deyib ki, Azerbaycanı görüşde Rasim Musabeyov ve Evez Hesenov temsil edib: “Tedbire Rusiya İslam Komitesinin sedri kimi devet olunsam da, Dağlıq Qarabağ meselesinde Azerbaycanın mövqeyini desteklediyim üçün meni de Azerbaycanı temsil eden şexs kimi teqdim etmek olar”.
Heyder Camal hesab edir ki, eger Rusiya birbaşa olaraq Ermenistanı desteklemese, bu gün Dağlıq Qarabağ münaqişesi mümkün olmazdı: “Ermeni ekspertlerin insafsızlığı neticesinde tedbirde neqativ iqlim, o cümleden qeyri-peşekar tehlil mühiti yaranmışdı. Her zaman olduğu kimi esas meseleler müzakire olunmurdu. Çıxış etmeye vaxt az idi, amma ermeniler sayca çox olduğundan, hem de reqlamente riayet etmedikleri üçün, onların çıxışları vaxt baxımından daha çox oldu. Men görüş iştirakçılarının nezerine çatdırdım ki, Cenubi Qafqaz etrafındakı ölkeler – İran, Türkiye, Rusiya ve Avropa münaqişenin nizamlanmasında maraqlı deyil, çünki onlar mövcud veziyyetden öz maraqlarına uyğun istifade edir".
Baxışlar: 520 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2009  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2019