Gənc Vətənpərvərlər Birliyi , Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərin təşkili “ adlı layihə çərçivəsində Tədris ilinin başlanğıcı ilə əlaqədar AMKF-n Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə İB ilə birgə Sumqayıt şəhər “TEYD” idman sağlamlıq kompleksində “Narkotiklərdən əl çəkək” Gələcəyimizi qoruyaq,” Uşaq cinayətkarlığına və narkomaniyaya qarşı mübarizə” devizi altında elmi nəzəri praktik konfrans və karate üzrə idman yarışı keçirilib. Tədbirdə, , Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının Katibliyin proqram məsləhətçisi M. Zaidov,”Bakı-2015” 1-ciAvropa Oyunlarının karate üzrə Avropa çempionları R. Ağayev, F. Fərzəliyev, Bakı, Qaradağ, Suraxanı karate üzrə idmaçıları, GVB-i, Sumqayıt şəhər üzrə nümayəndəsi R. Məmmədov ,Azərbaycan Beynəlxalq mərkəzinin şöbə müdiri İ. Əlizadə, Azərbaycan CCKF federasiyasının prezidenti M. Seyidov və Sumqayıt şəhər idman ictimaiyyətin nümayəndələri, QHT,KİV nümayəndələri və qonaqlar iştirak etmişdirlər. Tədbir, Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımzın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan GVB-n sədri Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamladı və layihə çərçivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı .Daha sonra sədr bildirdi ki hal hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. Əliyev onu da qeyd etdi ki, statistik məlumata görə Ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Hazırda ölkədə 26 min 716 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain və LSD-dir .Gəlin narkotiklərə yox deyək, Gələcəyimizi qoruyaq! Həkim ekspert Ə. Abbasquliyev bildirdi ki, narkotik insan cəmiyyətinin mənəvi və əxlaqı dəyərlərinə böyük zərbə vuran , sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir . Öz ailəni və dostlarını narkomaniyadan qoru! Çıxış edənlər Məruzəçilər idmançılara sağlam həyat tərzini seçməyə çağırıb və idmançılardan ibarət qrup idman hərəkətləri nümayiş etdiriblər. Tədbir boyunca cəmiyyətin idmançıları tərəfindən tütün çəkmə ,QİÇS və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən fəsadlardan söhbət acıblar. Eləcə də idmançıların sualları cavablandıraraq tövsiyələrini çatdırıblar. Tədbirin sonunda MKF –n Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə IB-n sədri , GVB-n Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi karate üzrə əməkdar məşqici R. Məmmədov , Azərbaycan MKF-n mərkəzi karate məktəbinin aparıcı məşqicisi A. Allahverdiyev ,Azərbaycan Avrasiya Universitetinin tələbəsi, birliyin KİV üzrə koordinatoru A. Talıbova və digərləri yeniyetmə və gənclərdə milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirməsində və pis vərdişlərə qarşı təbliğində və təşkilatçılıq fəaliyyətinə görə birlik tərəfindən fəxri diplom və H. Əliyevin əksi olmuş döş nişanı təltif olundu. Tədbirdə idmanda fərqlənən bir qrup idmançılara təsvirli maykalar paylandı. Klublar arası üzrə keçirilən karate idman yarışında MKF idmançıları 1-ci, Azərbaycan Dostluq Əlbəyaxa döyüş növləri üzrə idman klubun idmançıları 2-ci yerin qalibi olmuşdurlar qaliblərə Fəxri diplom və mükafatlar təqdim olunub Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-ə bağlı gənclərə maarifləndirici bukletlər Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb
GVB-n mətubat və informasiya şöbəsi
|