Saytın menyusu
Statistika

Onlaynda cəmi: 9
Qonaqlar: 9
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Dekabr » 2 » Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
15:27
Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyihinə”devizi altında kütləvi idman tədbirlərin təşkili ” adlı layihə çərçivəsində 2 dekabr 2015-ci il tarixində GVB –n Xətai rayon şöbəsi ilə birgə “Ruslan” İdman Sağlamlıq kompleksində “Gənclər narkotikə -yox” sağlam həyata Hə,” mövzularında elmi praktik konfrans və təlim keçirildi.
GVB-n Xətai rayon üzrə yerli şöbəsinin müdir müavini, Layihə üzrə təşkilat komitəsinin üzvü H.Əlili tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.
Asif Həsənzadə qeyd edərək bildirdi ki, hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini və siqaret istifadəçilərinin 20 % n xanımlar olduğunu təəssüf hissi ilə qeyd etmişdir.Daha sonra siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif şəkillər yeniyetmə və gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir.
Konfransda iştirak edən “RUSLAN”İSK sədri T.Məmmədov dövlətimiz tərəfindən siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu, artıq küçələrdə, TV -ə siqaretin reklam olunmadığının müsbət hal olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri ,idmançılar və fəal gənclər bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıblar
Konfransın sonunda ,Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylandı.
Baxışlar: 516 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024