Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Oktyabr » 24 » Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
10:43
Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir “Narkotiklərdən əl cəkək” devizi altında gənclərin iştirakı ilə avtoturun təşkili və idman tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində 24 oktyabr iyul 2014-cü il tarixində Gəncə şəhər Xəzər Təhsil Mərkəzi ilə birgə “Gənclər narkotikə -yox” sağlam həyata Hə,” mövzularında elmi praktik konfrans və təlim keçirildi.

GVB-n Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri, Layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.
Asif Həsənzadə qeyd edərək bildirdi ki, hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini və siqaret istifadəçilərinin 20 % n xanımlar olduğunu təəssüf hissi ilə qeyd etmişdir.Daha sonra siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif şəkillər yeniyetmə və gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir.
Konfransda iştirak edən Xəzər Təhsil Mərkəzinin direktoro R.Hüseyinov dövlətimiz tərəfindən siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu, artıq küçələrdə, TV -ə siqaretin reklam olunmadığının müsbət hal olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıblar
Konfransın sonunda ,Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylandı.

Baxışlar: 596 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2014  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024