https://www.qht.az/index.php?action=static_detail&static_id=56105 Narkomaniya XXI əsrin bəlasıdır” adlı tədbir keçirildi .
Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək ” “adlı layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin Tərbiyə işləri üzrə prorektoru Ata Babayev açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev - “biz narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasını, cəmiyyətimizin, xalqımızın bu günü və gələcəyi üçün təhlükəli hal hesab edirik. Ona görə də bunlara qarşı mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifələrindən biri sayıram” demişdir. Müxtəlif dillərdə, müxtəlif xalqlar, millətlər arasında tərcüməsiz anlaşılan bu söz bəla, faciə, fəlakət və ölüm sözlərinin sinoniminə çevrilərək bu gün dünyanın hər yerində eyni dəhşətlə səslənir. Narkomaniya XXI əsrin bəlasına, ailələrin müsibətinə, xalqların faciəsinə, bəşəriyyətin fəlakətinə çevrilmiş acı və danılmaz reallıqdır. Bu gün ölkə başcısı cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Layihə rəhbəri Müqamət Əliyev çıxış edərək bildirdi ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğat aparılması və sağlam həyat tərzinin qorunmasıdır. M.Əliyev onuda qeyd etdi ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilmişdir. Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır . Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə gənclər arasında maarifləndirmə tədbirlərin keçirilməsi vacibdir. Keçirilən tədbirdə narkomaniyadan pis vərdişlərtdən və az yaşlı uşaqların siqaretə və spirtli ickilərə meyilərin artmasından və onların pis mühütə düşməsindən danışıldı . Sonra narkotilərin açı nəticələrindən bəhs edən Vidio- çarx nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet, təsvirli köynək və sertifikatlar paylanılıb. Tədbirdə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir GVİB KİV iş şöbəsi
|