Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Gənc Vətənpərvərlər Birliyinin sədri, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi Muğan Əliyev ahtxeber.az-a açıqlamasında deyib ki, "İctimai iştirakçılıq haqqında” Qanun vətəndaş cəmiyyətinin dövlətin idarəçilik sistemində yaxından iştirak etməsi, QHT-dövlət əməkdaşlığının genişləndirilməsi baxımından öz dəstəyini göstərəcək və ölkənin bütün təbəqələrinin ictimai sferada fəal iştirak etməsinə şərait yaradacaq.
QHT sədri hesab edir ki, bu qanun ölkəmiz üçün strateji qərarların qəbul olunmasında ictimai və vətəndaş iştirakçılığının, dövlət idarəetməsində şəffaflığın təmin olunması, vətəndaşların sosial qayğılarının həllində vətəndaş cəmiyyəti ilə QHT-lər arasında əməkdaşlığa töhvə verəcək: "Bu, ictimai sahədə çalışan mütəxəssislərə dövlət tərəfindən verilən dəstəkdir. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam ölkənin inkişafı baxımından ictimai iştirakçılığın önəminə verilən qiymətdir.
Hamlet
|