Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 14 » Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır
14:08
Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır
Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB ) ” Azərbaycan gəncliyində vətənpərvərlik “adlı layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində “Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır “ mövzusunda elmi praktik konfrans keçirib
Tədbirdə Kolecin pedoqoji kolektivi , gəncləri ,Gənc Vətənpərvərlər İctimai Birliyinin İdman Departamentin Rəhbəri dünya cempionu Şəmsi Hüseynov, V. Kərimov , ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecin Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova bildirdi ki,
Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir:
Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.“ Həqiqətən güclü ordu yaratmaq, vətəni, doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə, bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır
Müstəqilliyə qovşandan sonra da həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəalliği ilə xüsusi seçilmişlər, hər zaman öndə olmuşlar.
Bununla yanaşı hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət düşür
Layihə rəhbəri Müqamət Əliyev bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır. 44 günlük Vətən Müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun formalaşmasında bu təhsil ocağının məzunları böyük rol oynamışlar
Odur ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsi günün ən aktual tələblərindəndir.
Sənaye və Texnologiya Kollecin yerli Həmkarlar İttifaqın sədri Bağırov Xəlil qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir.
Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür
Tədbirdə digər çıxış edənlər Şəmsi Hüseyinov ,Kolecin tələbələri Rzazadə Sehri.Xəlilova Gülsüm və digərləri vətənpərvərlikdən danışaraq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər ,Ulu Öndərin əksi olunmuş döş nişanı və sertifiksatlar paylandı.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verməkdir.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVİB –n KİV üzrə şöbəsir.
Baxışlar: 71 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024