Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır.http://qerbinfo.az/xeber/20880-milli-vtnprvrlik-ruhu-daim-gnclrimiz-alanmaldr-gv
Bildiyiniz kimi ölkəmizin gün-gündən möhkəmlənən iqtisadi qüdrəti, suverenlik və müstəqilliyimiz Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı hesabına əldə edilib: "Torpaqlarımızın 20 faizinin işğal altında olması biz gəncləri daim narahat edir. Gənclərimizə elm, təhsil verməklə bərabər, onların milli ruhda böyüməsi, vətənə-millətə layiqli övlad olması üçün düzgün istiqamətdə təlim-tərbiyə etməliyik. Bu, təkcə valideynlərin deyil, həm də QHT -nın vəzifəsidir”. Bunu Qərbinfo.az-a müsahibəsində Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri muğanət Əliyev bildirib.
Dövlətimizin gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət apardığını deyən M.Əliyev, ölkə gənclərinin bu siyasətə adekvat cavab verdiyini deyir: "Aprel döyüşlərində biz gənclərimizin Vətən uğrunda igidliklə döyüşdüklərinin və canlarından keçdiklərinin şahidi olduq. Biz öz övladlarımıza vətənin haradan başlandığını, onu necə qorumaq lazım olduğunu öyrətməliyik. Orta ümumtəhsil məktəblərində, eləcə də ali təhsil ocaqlarında müəllimlər gənclərin milli-mənlik şüurunun formalaşması, vətənpərvər ruhda böyümələri üçün xüsusi vaxt ayırmalıdırlar. Hesab edirəm ki, ölkəmizdə gedən məqsədyönlü siyasət həm gənclərimizin vətənpərvər ruhda böyüməsi, həm də işğalda olan torpaqlarımızın tezliklə azad olmasına gətirib çıxaracaq”.
|