Milli dirçəliş gününə həsr həsr olunmuş " Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru " mövzusunda tədbir keçirilib
Gənclər Fondun dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclər vətənpərvərlik ruhunda “ adlı layihə çərçivəsində Milli dirçəliş gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru “ və “Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində ,psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda tədbir keçirib. Gənc Vətənpərvərlər İctimai Birliyin sədri M. Əliyev çıxış edərək bildirdi ki,1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Layihə üzrə təşkilat komitəsinin üzvü birliyin sədr müavini Z. Kazımov layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açıb və qeyd edib ki, təhsil müəssisələrində, idman cəmiyyətlərində yeniyetmə və gənclərin vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanmasında təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə maarifləndirmə işlərinə ehtiyac duyulur.
Həkim - psixoloq S. Bağırlı bildirib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir. GVİB -n Fəxri üzvü S.Əliyev bu kimi layihələrin keçirilməsinin vacibliyini bildirib və əlavə edib ki, məktəblərdə, idman cəmiyyətlərində psixoloji amillərin əsaslarının maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Tədbirdə çıxış edən layihə üzrə təşkilat komitəsinin üzvü, vəkil A.Əsədov ,GVİB-nin fiziki və psixoloji hazırlıq şöbəsinin müdir müavini C. Nəsibov, Ali və orta təhsil müəssisələrlə iş şöbəsinin müdiri A.Hüseyinova, Humanitar və mədəniyyət şöbəsinin müdiri N.Hacıyeva və başqaları bu yönümlü layihələrin vacibliyindən , uşaq və yeniyetmələr arasında psixoloji və ideoloji işlərin gücləndirilməsindən söz açıblar. Sonda mövzulara aid foto slaydlar və video çarxlar nümayiş olunmuş, verilən suallar cavablandırılıb Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər paylandı.
GVİB-n KİV üzrə şöbəsi
|