Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 10 » Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir
13:47
Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir
Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə
" Azərbaycan gəncliyində vətənpərvərlik ” adlı layihə çərçivəsində 193 saylı tam orta məktəbdə “Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva icra olunan layihənin vacibliyindən danışıb.
Sonra o,qeyd edib ki, Müstəqilliyə qovşandan sonra da həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəalliği ilə xüsusi seçilmişlər, hər zaman öndə olmuşlar.
Bununla yanaşı hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət düşür.
Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını bütün xalqımız kimi, Gənc Vətənpərvərlər İctimai Birliyi də böyük minnətdarlıqla qarşılayıb
Onu da qeyd edən M.Əliyev bildirib ki,Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı:
"Siz də Azərbaycan xalqına xidmət edərək. Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız".
Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır, özünə əmin edir.
Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Babayeva (təşkilatçı)bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıb.
Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib .
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub.
Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylandı. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVB-n KİV-i üzrə şöbəsi



GVB-n KİV-i üzrə şöbəsi
Baxışlar: 59 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024